...

BAXCP sədrinin müavini: Cəmil Həsənlinin seçkilərdən sonra başqa ölkədən sığınacaq almaq ehtimalı var

Siyasət Materials 30 Sentyabr 2013 13:45 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini heasab edir ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçkilərdən sonra başqa ölkədən sığınacaq almaq üçün müraciət etmək ehtimalı var.
BAXCP sədrinin müavini: Cəmil Həsənlinin seçkilərdən sonra başqa ölkədən sığınacaq almaq ehtimalı var

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini hesab edir ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçkilərdən sonra başqa ölkədən sığınacaq almaq üçün müraciət etmək ehtimalı var.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Trend-ə bildirib ki, əgər prezident seçkilərindən sonra Cəmil Həsənlinin səsləndirdiyi ittihamlarla bağlı hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırmalar aparılsa, cinayət işi açılmış olsa, Cəmil Həsənlinin başqa ölkədən sığınacaq almaq üçün müraciət etmək ehtimalı var:

"Mümkündür ki, Cəmil Həsənli seçkilərdə namizədliyini əsas tutaraq sığınacaq üçün müraciət etsin. Yəni ola bilər ki, Cəmil Həsənlinin bu cür aqresivliyinin, təhqiramiz fikirlər işlətməsinin də kökündə bu durur".

N.Orduxanlı qeyd edib ki, Cəmil Həsənli bu seçkilərdə səs qazana bilməyəcək: "Milli Şuranın ikinci dublyor namizədi Cəmil Həsənli bu xalqdan ciddi dəstək ala bilməyəcək. Mən düşünmürəm ki, o, bir faiz səs ala bilsin. Yəni o, bu gün pafoslu, sanki bütün ictimaiyyətə hesablanmış çıxışlar edir və bununla da özünü gülünc vəziyyətə salır".

BAXCP sədrinin müavini deyib ki, Cəmil Həsənli debatlarda da öz emosiyalarını cilovlaya bilmir, rəqib namizədlərə təhqirlər səsləndirir, yəni nə ziyalılığıa, nə alimliyə, nə professorluğa yaraşmayan xarakter nümayiş etdirir: "Düşünürəm ki, Cəmil Həsənlinin dediyi fikirlər Konstitusiyanın pozulmasıdır. Ancaq hər halda bu birbaşa hüquq mühafizə orqalnarına aid bir məsələdir, yəni burada hüquqi araşdırmaya ehtiyac var və hakimiyyət bununla bağlı məsələ qaldırsa, Cəmil Həsənli cavab verməli olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti