...

Məzahir Pənahov: Azərbaycandakı seçkilər müşahidəçilərin iştirakı baxımından arzuolunan səviyyəyə yaxınlaşır (ƏLAVƏ OLUNUB)(FOTO)

Siyasət Materials 2 Oktyabr 2013 12:54 (UTC +04:00)
Azərbaycandakı siyasi stabillik, seçki məntəqələrində şəraitin yaradılması baxımından ölkədə seçkilərə hazırlığın səviyyəsi dünya ölkəklərində nümunə kimi göstərilir.
Məzahir Pənahov: Azərbaycandakı seçkilər müşahidəçilərin iştirakı baxımından arzuolunan səviyyəyə yaxınlaşır (ƏLAVƏ OLUNUB)(FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycandakı siyasi stabillik, seçki məntəqələrində əlverişli şəraitin yaradılması və ölkədə seçkilərə hazırlığın səviyyəsi dünya ölkələrində nümunə kimi göstərilir. Trend-in məlumatına görə, bunu çərşənbə günü Mərkəzi Seçki Kopmissiyasının (MSK) sədri Məzahir Pənahov Bakıda Müstəqil Mətbuat Mərkəzinin açılışında bildirib.

M.Pənahov bildirib ki, əsas faktorlardan biri seçkilərin şəffaf, ədalətli, beynəlxalq standartlara uyğun keçirilməsidir. Bunun üçün, ilk növbədə cəmiyyət buna hazır olmalıdır.

MSK sədrinin sözlərinə görə, Azərbaycanda prezident seçkilərini izləmək üçün 40 mindən artıq müşahidəçi qeydə alınıb. Ölkədə 1300-dən artıq beynəlxalq müşahidəçilər var və onlar çox nüfuzlu beynəlxalq qurumları təmsil edirlər. Azərbaycandakı seçkilər müşahidəçilərin iştirakı baxımından arzuolunan səviyyəyə yaxınlaşır.

Mətbuat Mərkəzində seçkilərlə bağlı kimin nə arzusu varsa, reallaşdırıla bilər. Mərkəz bütün lazım olan avadanlıqlarla təchiz olunub, ən maksimum tələblərə cavab verir. Belə praktika ən inkişaf etmiş ölkələrdə tətbiq edilir. M.Pənahov bütün siyasi partiya rəhbərlərini mərkəzin imkanlarından geniş istifadə etməyə çağırıb: "Bura bütün səviyyədə mətbuat konfransları keçirmək, bəyanatlar vermək üçün açıqdır. Namizədlər öz broşurlarını, məlumat materiallarını burada yerləşdirə bilərlər".

MSK sədri, həmçinin hər kəsi fəallığa çağıraraq neqativ halların baş verməməsi üçün əlindən gələni əsirgəməməyə səsləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti