...

AŞ PA-nın qısamüddətli müşahidəçiləri artıq Bakıdadırlar

Siyasət Materials 7 Oktyabr 2013 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr / Trend, müxbir S.Əhmədova /

Avropa Şurasının Parlament Assembleyasının (AŞ PA) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləmək üçün göndərdiyi nümayəndə heyəti artıq Bakıdadır. Bu barədə Avropa Şurasının Bakı ofisindən Trend-ə bildirilib.

Məlumatda qeyd olunur ki, ingiltərəli parlamentar Robert Valterin rəhbərlik etdiyi nümayəndə heyətinə 32 nəfər daxildir.

AŞ PA seçkiləri izlədikdən sonra yekun hesabat qəbul edəcək.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri oktyabrın 9-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti