...

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının təqribən 35 faizə yaxını prezident seçkilərində səs verib

Siyasət Materials 9 Oktyabr 2013 17:06 (UTC +04:00)
Azərbaycanın Türkiyədəki səfirliyinin konsulluq uçotunda olan ölkə vətəndaşlarının üçdə biri prezident seçkilərində artıq səs verib. Bu barədə çərşənbə günü Trend-ə səfirlikdən bildiriblər.
Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının təqribən 35 faizə yaxını prezident seçkilərində səs verib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Türkiyədəki səfirliyinin konsulluq uçotunda olan ölkə vətəndaşlarının üçdə biri prezident seçkilərində artıq səs verib. Bu barədə çərşənbə günü Trend-ə səfirlikdən bildiriblər.

Azərbaycanda prezident seçkiləri çərçivəsində Türkiyədə yaşayan Azərbaycan vətəndaşları Ankara və İstanbulda yaradılmış iki seçki məntəqəsində səs verirlər.

Diplomatik missiyadan deyiblər ki, hazırda konsulluğun uçotunda 636 Azərbaycan vətəndaşı var, Türkiyə vaxtı ilə saat 15:00-a görə onlardan 230 nəfəri səs verib.

Səfirlikdən qeyd ediblər ki, Ankaradakı səfirlikdə və İstanbuldakı baş konsulluqda yaradılmış hər iki seçki məntəqəsi əvvəlcədən seçkilərə hazırlaşıblar: seçki bülletenləri, protokollar və digər materiallar seçki məntəqələrinə çatdırılıb.

Hər iki diplomatik missiyanın əməkdaşları Azərbaycanda prezident seçkilərində vətəndaşların səsvermə hüququnu reallaşdırmaq üçün səfərbər edilib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-da açılıb və 19:00-da bağlanacaq.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti