...

ABŞ-ın yüksək vəzifəli şəxslərinin İlham Əliyevin prezident seçkilərində qələbəsi münasibətilə təbrikləri davam edir

Siyasət Materials 13 Oktyabr 2013 22:01 (UTC +04:00)
ABŞ-ın yüksək vəzifəli şəxsləri dövlətimizin başçısı İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edirlər.
ABŞ-ın yüksək vəzifəli şəxslərinin İlham Əliyevin prezident seçkilərində qələbəsi münasibətilə təbrikləri davam edir

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

ABŞ-ın yüksək vəzifəli şəxsləri dövlətimizin başçısı İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edirlər.

Azərbaycan Prezidentini təbrik edən ABŞ-ın Nyu-Cersi Baş Assambleyasının üzvü Upendra Çivukula ölkələrimizin tolerantlıq və demokratiya kimi bir sıra ortaq dəyərlərə malik olduğunu bildirir. Məktubda deyilir: "Cənab Prezident İlham Əliyev! Mən Sizi və Azərbaycan xalqını vətəndaş cəmiyyətlərinin gücləndirilməsi istiqamətində atılmış növbəti uğurlu addım münasibətilə təbrik edirəm. Sizin rəhbərliyinizlə Azərbaycan güclü demokratik cəmiyyətə çevrilmişdir. Cənab Prezident, mənim Sizə olan ən xoş arzularımı qəbul edin".

ABŞ-ın Nümayəndələr Palatasının üzvü Qreys Menq: "Zati-aliləri, mən Sizi və Azərbaycan xalqını seçkilərdə qazandığınız qələbə münasibəti ilə təbrik edirəm. Bu seçimin Azərbaycanda vətəndaş cəmiyyətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm addım olacağına inanıram. Yüksək səviyyədə keçirilən seçkilər seçiciləri demokratik proseslərdə daha fəal iştiraka ruhlandırır. Azərbaycan və ABŞ-ı birgə strateji maraqları birləşdirir.

Gündən-günə inkişaf edən Azərbaycanda demokratik ab-hava hökm sürür. Azərbaycanda uşaqların gələcəyi üçün də hər cür şərait yaradılmışdır.

Sizi bir daha təbrik edirəm! Sizinlə və Azərbaycanla yenidən birgə əməkdaşlıq və dostluq münasibətlərinin davam etdiriləcəyinə ümidvaram".

Dövlətimizin başçısını təbrik edən ABŞ-ın Texas ştatından konqresmen Stiv Stokman Azərbaycan ilə ABŞ-ın ekstremizmin qarşısının alınması və terrora qarşı birgə mübarizə apardığını bildirərək yazır: "Salam, hörmətli Prezident İlham Əliyev!

Mən Sizi və Azərbaycan xalqını seçkilərdəki qələbəniz münasibəti ilə təbrik edirəm.

ABŞ və bizim avropalı müttəfiqlərimiz Azərbaycanın enerji sahəsində göstərdiyi liderliyi yüksək qiymətləndirir.

Cənab Prezident, Azərbaycanın dostu olaraq mən Sizə və xalqınıza uğurlar arzulayıram. Əminəm ki, Siz Azərbaycanı daha da irəliyə aparacaqsınız".

Xəbər lenti

Xəbər lenti