Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Əgər bilavasitə olimpiada ərəfəsində ölkə üçün təhqiredici hal duyulsa, Gürcüstan 2014-cü ildə Soçi Olimpiya Oyunlarında iştirakdan imtina edəcək. Trend-in məlumatına görə, bunu Gürcüstanın Baş naziri Bidzina İvanişvili deyib.
O, qeyd edib ki, Gürcüstan hakimiyyəti hadisələrin inkişafını diqqətlə izləyəcək: "Əgər Olimpiya Oyunlarının başlanması ərəfəsində turnirdə iştirakın bizim üçün təhqiredici olmasını hiss etsək, əlbəttə ki, iştirak etməyəcəyik".
Bununla yanaşı, Baş nazir bildirib ki, dövlət qeyri-iradi hərəkət etməməlidir:
"Mən cəmiyyət üzvlərinin əksəriyyətinin mövqeyinə anlayışla yanaşıram. Lakin dövlət qeyri-iradi, əsəbi hərəkət etməməli, əksinə, balanslaşdırılmış qərar qəbul etməlidir".