...

Ərdoğan: Yenidən böyük Türkiyə "inşa etmək" istəyirik

Siyasət Materials 15 Oktyabr 2013 13:13 (UTC +04:00)
Yenidən böyük Türkiyə inşa etmək istəyirik.
Ərdoğan: Yenidən böyük Türkiyə "inşa etmək" istəyirik

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir R. Hafizoğlu/

Yenidən böyük Türkiyə "inşa etmək" istəyirik. Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, hazırda ölkədə bütün sahələr üzrə əhəmiyyətli islahatlar aparılır. O, həmçinin əlavə edib ki, demokratikləşdirmə üzrə tədbirlər paketi ölkənin inkişafına istiqamətlənən daha bir addımdır.

Xatırladaq ki, sentyabrın 30-u Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə demokratik dəyişikliklər barədə yeni paket elan edib.

Qeyd edək ki, demokratik dəyişikliklər paketində aşağıdakılar yer alıb:

Seçim sistemi dəyişdirilir; siyasi partiyalar üçün seçki baryeri ya 10 faizdən 5 faizə salınır, ya da ləğv edilir; Baş örtüyünə qoyulan qadağa aradan qaldırılır; İbtidai məktəblərdə şagird andiçməsi ləğv edilir; Özəl məktəblərə müxtəlif dil və ləhcələrdə tədris imkanı verilir; Siyasi partiyalara dövlət yardımı ilə bağlı qanun dəyişdirilir; Kənd və qəsəbə adlarının dəyişdirilməsi asanlaşdırılır; Siyasi partiyalara üzvlüklə bağlı maneələr aradan götürülür; Müxtəlif dil və ləhcələrdə siyasi təbliğat hüququ qüvvəyə minir; Nevşəhər Universiteti Hacı Vəli Bektaşi adlandırılır; Mor Qabriel monastırı Dəyanət vəqfinə verilir; Roman Dil və Mədəniyyət İnstitutu qurulur; Türkiyədə milli ayrı-seçkilik və nifrət təbliğatı qadağan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti