...

Bidzina İvanişvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib

Siyasət Materials 15 Oktyabr 2013 14:13 (UTC +04:00)
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.
Bidzina İvanişvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib

Gürcüstan, Tbilisi, 15 oktyabr /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstanın Baş naziri Bidzina İvanişvili Qurban bayramı münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

Təbrikdə deyilir: "Bu böyük sevinc, ümid, sevgi və ehtiyacı olanlara kömək günüdür. Bu gün siz hamınız ürəkdən sevinirsiniz və mən də səmimi qəlbdən sizin sevincinizə qoşuluram, bayramı sizinlə birgə qeyd edirəm".

Təbrikdə vurğulanır: "Sizə ruh yüksəkliyi, firavanlıq, bizim Gürcüstanımızın möhkəmlənməsini və birləşməsini arzulayıram. Qoy sevinc və xoşbəxtlik sizinlə və sizin ailənizlə birgə olsun, Sizə bizim vətənimiz - Gürcüstanda dinc, sakit həyat arzulayıram".

Çərşənbə axşamı Baş nazir Tbilisidə məscidi ziyarət edərək şəxsən müsəlmanları bayram münasibətilə təbrik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti