...

Qorbaçov Almaniyada müalicə olunur

Siyasət Materials 23 Oktyabr 2013 07:17 (UTC +04:00)
Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Almaniyada müalicə olunur.
Qorbaçov Almaniyada müalicə olunur

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Almaniyada müalicə olunur. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.

Qorbaçov Fondunun sədri Vladimir Polyakov "Assoşieyted Press" agentliyinə bildirib ki, bu, "fövqəladə vəziyyət deyil": "Unutmayın ki, onun 82 yaşı var".

Fondun mətbuat xidmətindən "İnterfaks"a deyiblər ki, həkimlər sabiq sovet liderinə müalicəni yarımçıq saxlamağı məsləhət görməyiblər.

Xəbər lenti

Xəbər lenti