...

Azay Quliyev: Gürcüstanda Prezident seçkilərində ciddi qanun pozuntularına yol verilməyib

Siyasət Materials 28 Oktyabr 2013 11:20 (UTC +04:00)
Gürcüstanda keçirilən Prezident seçkiləri bötüvlükdə sakit keçib və ciddi qanun pozuntularına yol verilməyib.
Azay Quliyev: Gürcüstanda Prezident seçkilərində ciddi qanun pozuntularına yol verilməyib

Azərbaycan, Bakı, 28 oktyabr / Trend, müxbir S.Əhmədova /

Gürcüstanda keçirilən Prezident seçkiləri bötüvlükdə sakit keçib və ciddi qanun pozuntularına yol verilməyib. Bu barədə ATƏT Parlament Assambleyasının (PA) Büro üzvü, komitə sədrinin müavini Azay Quliyev Gürcüstanda keçirilən Prezident seçkilərində apardığı müşahidələrlə bağlı Trend-ə bildirib.

A.Quliyev qeyd edib: "Gürcüstanda keçirilən Prezident seçkilərində əsas rəqabət prezidentliyə namizədlər - "Gürcü arzusu" hakim koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili, keçmiş hakim partiya olan Vahid Milli Hərəkatın namizədi David Bakradze, parlamentin sabiq spikeri Nino Burcanadze arasında aparılıb. Yerdə qalan namizədlər liberallar və digərləri də aktiv seçki kampaniyası aparsalar da, müşahidəçilər onların şanslarını o qədər də yüksək qiymətləndirmirdilər".

A.Quliyevin sözlərinə görə, müşahidə apardığı məntəqələrdə hər hansı bir ciddi pozuntu qeydə alınmayıb:

"Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in Parlament Assembleyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun birgə toplantısı oldu, seçkilərlə bağlı müsbət qərar qəbul olundu və birgə bəyanat verildi. Bu gün mətbuat konfransı keçiriləcək və ümumi yekun rəy təqdim olunacaq".

A.Quliyev bildirib: "Bizim müşahidələrimizin nəticəsində deyə bilərəm ki, seçkilərlə bağlı beynalxalq qurumların rəyi müsbət olacaq, təbii ki, orada müəyyən tövsiyələr də olacaq".

Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyası bəzi çatışmazlıqları da vurğulayacaq və Gürcüstan hökümətinə gələcəkdə bu çatışmazlıqları aradan qaldırması tövsiyə olunacaq:

"Mənim şəxsi müşahidələrimə gəldikdə isə, belə bir hal müşahidə olundu. Məntəqə bağlanan zaman, məntəqədə səslərin hesablanması prosesini izləmək istədim. Məntəqə komissiyasının sədri bundan narahat oldu və hətta bəzi narazıçılıqların tərcümə edilməsindən belə imtina olundu. Xüsusilə də deməliyəm ki, səslərin sayılmasında səs vermiş şəxslərin imzaları ilə verilmiş bülletenlərin sayı arasında uyğunsuzluq müəyyən edilib. Mənə deyilənə görə, heç bir uyğunsuzluq qeydə alınmayıbmış, lakin orada azərbaycanlı tərcüməçi vasitəsilə bəlli oldu ki, rəqəmlər heç də düz deyilmiş, səslər səhv sayılıb. Bu da qanun pozuntusu üçün kifayət qədər əsasdır. Mən buna çox təəccübləndim və düşündüm ki, burada ciddi bir niyyət var ki, rəqəmlərin uyğunsuzluğuna bu qədər diqqət verilmədi. Mən bu barədə öz rəyimdə də qeyd etdim və bunu ATƏT PA-nın nümayəndə heyətinə təqdim etdim. Amma, əlbəttə, bununla bağlı deyə bilmərəm ki, seçkilərin saxtalaşdırılması niyyəti vardı. Amma bötüvlükdə seçkilər sakit keçdi və ciddi qanun pozuntularına yol verilmədi".

Qeyd edək ki, "exit-poll"un nəticəsinə əsasən, seçkilərdə 66,7 faiz səslə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvili qələbə qazanıb.

Gürcüstan Prezidenti Mixail Saakaşvili də hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvilinin prezident seçkilərində qələbəsini tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti