Gürcüstan, Tbilisi, 2 noyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın Baş naziri Bidzina İvanişvili bu gün parlament çoxluğuna və jurnalistlərə öz xələfi kimi daxili işlər naziri İrakli Qaribaşvilini təqdim edib.
Trend-in məlumatına görə, məhz o, noyabrın 24-də B.İvanişvili postunu tərk etdikdən sonra parlamentə Baş nazir vəzifəsinə təsdiq olunması üçün təqdim ediləcək.
B.İvanişvili qeyd edib ki, Gürcüstanın noyabrın 17-də səlahiyyətlərinin icrasına başlayacaq yeni Prezidenti Georgi Marqvelaşvili kimi, İ.Qaribaşvilinin simasında "çox layiqli" Baş naziri olacaq:
"Nəhayət ki, biz xalqın sifarişini yerinə yetirdik. Bizim gözəl hakimiyyətimiz var və Gürcüstan ictimaiyyəti bununla fəxr edə bilər. Mən isə ictimai sektora gedirəm".