Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir R.Hafizoğlu/
Türkiyə Baş nazirinin müavini Bülənt Arınc öz postundan getməyə hazır olduğunu bildirib. Bu barədə Trend "TRT Нaber" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, bu barədə B.Arınc özü bəyan edib.
Onun sözlərinə görə, hər bir aktiv siyasətçi gec-tez siyasi arenadan getməlidir.