...

Türkiyə SQ Liviya hərbçilərinə təlim keçəcək

Siyasət Materials 4 Dekabr 2013 15:54 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri (SQ) Liviya hərbçilərinə təlim keçəcək. Bu barədə Trend Türkiyə SQ Baş Qərargahının rəsmi saytına istinadən məlumat verir.
Türkiyə SQ Liviya hərbçilərinə təlim keçəcək

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Silahlı Qüvvələri (SQ) Liviya hərbçilərinə təlim keçəcək. Bu barədə Trend Türkiyə SQ Baş Qərargahının rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, 3 min liviyalı hərbçi 14 həftə ərzində Türkiyədə təlimdə iştirak edəcəklər.

Qeyd edək ki, Türkiyə 1992-ci ildən etibarən bəzi ölkələrlə hərbçilərin təlim keçməsi üzrə müqavilə imzalayıb. Türkiyə 2012-ci ildən etibarən 14 ölkənin hərbçilərinə təlim keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti