...

Natiq Əliyev: Azərbaycanla Rumıniya arasında iqtisadi əməkdaşlığın inkişaf imkanları yüksəkdir

Siyasət Materials 5 Dekabr 2013 20:54 (UTC +04:00)
Azərbaycan Rumıniya ilə gələcək iqtisadi əməkdaşlığın inkişaf imkanlarını yüksək qiymətləndirir.
Natiq Əliyev: Azərbaycanla Rumıniya arasında iqtisadi əməkdaşlığın inkişaf imkanları yüksəkdir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir İ.İzzət/

Azərbaycan Rumıniya ilə gələcək iqtisadi əməkdaşlığın inkişaf imkanlarını yüksək qiymətləndirir. Trend-in məlumatına görə, bunu Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda Rumıniyanın mili bayramı - Birlik Günü münasibətilə keçirilən ziyafətdə bildirib.

Rumıniya xalqını Azərbaycan Prezidenti və xalqı adından təbrik edən nazir deyib ki, Azərbaycanla Rumıniya arasında enerji, kənd təsərrüfatı, nəqliyyat, təhsil və digər sahələrdə münasibətlər yüksək səviyyədir, iqtisadi əməkdaşlıqda enerji layihələri xüsusi yer tutur:

"Azərbaycan və Rumıniya arasında enerji sahəsində layihələr ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayır. Bu, yeganə prioritet deyil. Biz əməkdaşlığımızın inkişafında böyük perspektivlər görürük və bu məsələdə maraqlıyıq".

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu bildirib ki, Azərbaycanla Rumıniya arasında əlaqlər strateji səviyyədədir və bu münasibətlərin bu səviyyəyə çatmasında iki ölkə prezidentlərinin xüsusi rolu var. Rumıniya Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.

Səfir həmçinin qeyd edib ki, rəsmi Buxarest Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsini dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti