...

Ağ Ev: Obama İrana qarşı yeni sanksiyalara veto qoyacaq

Siyasət Materials 20 Dekabr 2013 07:09 (UTC +04:00)
İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi qəbul olunarsa, ABŞ Prezidenti Barak Obama veto hüququndan istifadə etməyə hazırdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.
Ağ Ev: Obama İrana qarşı yeni sanksiyalara veto qoyacaq

Azərbaycan, Bakı, 20 dekabr /Trend/

İrana qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi qəbul olunarsa, ABŞ Prezidenti Barak Obama veto hüququndan istifadə etməyə hazırdır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni deyib.

O, qeyd edib: "Biz Konqres üzvləri ilə bu mövzunu müzakirə etdik və açıq-aydın bildirdik ki, yeni sanksiyalar haqqında qanun layihəsinin qəbul edilməsinin vaxt deyil. Biz bu sənədin qəbul ediləcəyini və qəbul edilməli olduğunu düşünmürük. Əgər qanun layihəsi qəbul olunsa, Prezident veto hüququndan istifadə edəcək".

Bundan əvvəl Ağ Ev dəfələrlə Konqresi danışıqlar prosesini korlamamaq üçün yeni sanksiyaların qəbulunu təxirə salmağa çağırıb.

C.Karninin sözlərinə görə, əgər İran öhdəliklərini yerinə yetirməsə və ya nüvə problemi üzrə yekun sazişi imzalamasa, onda Ağ Ev yeni sanksiyaların tez bir zamanda qəbul edilməsi üçün Konqreslə qarşılıqlı fəaliyyətdə ola bilər: "Lakin indi belə bir fəaliyyət diplomatik həll prosesinə mane ola bilər. Belə bir qanun layihəsinin qəbulu ABŞ-ın İrana qarşı hərbi fəaliyyətə cəlb edilmə riskini ciddi şəkildə artıracaq".

Qeyd edək ki, İrana qarşı mümkün yeni sanksiyalar haqqında qanun layihəsi dekabrın 19-da ABŞ Senatına təqdim olunub. Hər iki partiyadan 26 senatorun dəstəklədiyi sənədə əsasən, rəsmi Tehran Cenevrədə əldə olunmuş əməkdaşlıq planını yerinə yetirməsə və ya nüvə problemi üzrə yekun sazişi bəyənməkdən imtina etsə, yeni sanksiyalarla üz-üzə qalacaq.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə ilkin razılıq noyabrın sonunda Cenevrədə İran və beynəlxalq vasitəçilər (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında danışıqlar zamanı əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti