...

Türkiyədə son iki ildə HHQ-nin 300-ə yaxın pilotu istefa verib

Siyasət Materials 30 Dekabr 2013 13:50 (UTC +04:00)
2012-2013-cü illər ərzində Türkiyədə Hərbi Hava Qüvvələrinin (HHQ) 291 pilotu istefa verib.
Türkiyədə son iki ildə HHQ-nin 300-ə yaxın pilotu istefa verib

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir R.Hafizoğlu/

2012-2013-cü illər ərzində Türkiyədə Hərbi Hava Qüvvələrinin (HHQ) 291 pilotu istefa verib. Trend-in "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz deyib.

Onun sözlərinə görə, istefa verənlər "F-16" və "F-4" qırıcı təyyarələrinin pilotları olub.

İ.Yılmaz qeyd edib ki, həmin pilotların istefası Türkiyə HHQ-də kadr çatışmazlığına gətirib çıxarıb.

Nazir əlavə edib ki, lakin pilotların istefası HHQ-nin zəifləməsinə səbəb olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti