Rafael Harpaz: İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir (MÜSAHİBƏ)

Rafael Harpaz: İsrail Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümid edir (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir S.Əhmədova/

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpazın Trend-ə müsahibəsi

- İsrail və Azərbaycan arasında ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?

- İsrail və Azərbaycan arasında münasibətlər çox yaxşı səviyyədədir. Ölkələr arasında dostluq əlaqələri və yüksək səviyyədə sıx siyasi əlaqələr mövcuddur. Dövlət başçıları ildə bir dəfə görüşürlər. Biz Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi nailiyyətləri yüksək qiymətləndiririk. Bizim iqtisadi və enerji sahəsində də sıx əməkdaşlığımız var. İsraildə güclü Azərbaycan icması və burada yəhudi icması mövcuddur.

- İsrail də Azərbaycan kimi münaqişədən əziyyət çəkir. Hər iki ölkə regionda sülh və sabitliyin bərqərar olması üçün hansı birgə səyləri göstərə bilər? İsrail Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə aktiv şəkildə cəlb olunmaq istəyirmi?

- İsrail və Azərbaycan arasında ümumi cəhətlərdən biri də odur ki, Azərbaycan da, İsrail də çox mürəkkəb geostrateji mühitdə yerləşirlər. Hesab edirəm ki, Azərbaycan çox müdrik siyasət aparır. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə deyə bilərəm ki, biz həqiqətən də münaqişənin sülh yolu ilə həllinə ümid edirik. Biz regionda qazandığımız təcrübəyə əsaslanırıq. İsrail Minsk qrupunun səylərini dəstəkləyir. Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq.

Mən yanvarın 20-də Şəhidlər xiyabanında oldum və oradakı hüznlü mərasimdə iştirak etdim. Bu hadisədə öz yaxınlarını itirən insanlarla tanış oldum. Siz müstəqillik əldə etdiniz və bundan sonra dərhal müharibə oldu. Eyni vəziyyət İsraildə də baş verdi.

- Enerji sahəsində əməkdaşlıq perpektivlərini necə qiymətləndirirsiniz? Azərbaycan və İsrail dənizdə qaz hasilatı layihəsini həyata keçirməyi planlaşdırırdı. Bu layihə indi hansı mərhələdədir?

- İsrailin enerji sahəsində çox az təcrübəsi var. Sizin isə bu sahədə çox böyük təcrübəniz var. İsrail dənizdə böyük miqdarda təbii qaz ehtiyatları aşkar edib. Biz Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməyi çox istərdik. Biz aşkar etdiyimiz təbii qaz ehtiyatlarının 40 faizini ixrac etmək qərarına gəlmişik. Hazırda İsrail öz enerji fondunu yaratmaq prosesini keçir. İsraildə təbii qaz sahəsində ekspertlər sayca çox azdır və buna görə də sizin təcrübənizi öyrənmək niyyətindəyik.

Biz sizi, həmçinin "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının qəbul olunması münasibətilə təbrik edirik. Bu çox vacib bir məsələdir. Bu, Azərbaycan qazını 2019-cu ildə Avropaya nəql edəcək. Biz həmçinin ümid edirik ki, gələcəkdə "Caspian Drilling Company" şirkəti İsraildə öz fəaliyyətini davam etdirəcək. Bu, sizin təcrübənizi bölüşmək istədiyimiz çox vacib bir sahədir. Biz həqiqətən də başlanğıc mərhələdəyik və bu səbəbdən də bu sahədə əməkdaşlıq bizim üçün çox vacibdir.

- Azərbaycanın turizm potensialı barədə nə deyə bilərsiniz? İki ölkə arasında turizm sahəsində əlaqələri necə dəyərləndirirsiniz?

- Hesab edirəm ki, Azərbaycanın turizm potensialı çox böyükdür. Sizin çox gözəl ölkəniz var. Mən Şəki, Zaqatala, Qəbələ, Quba, Sumqayıt, Naxçıvan və Qobustanda olmuşam və bu yerlər çox gözəldir. Hesab edirəm ki, infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşıb. İsrailin Azərbaycanın Turizm Universiteti ilə xüsusi bir proqramı var ki, hər il demək olar, 20 azərbaycanlı bu proqram vasitəsilə 6 ay müddətinə İsrailə gedir, hotellərdə işləyir, təlim keçir və geri qayıdır. Biz bu rəqəmin bu il 100 nəfərə çatacağını gözləyirik. Hesab edirəm ki, potensial çox böyükdür. Düşünürəm ki, turizm gələcəkdə ölkənin iqtisadiyyatının vacib komponenti olacaq. Azərbaycan gözəl təbiətə malik ölkədir.

"Azərbaycan Hava Yolları" QSC-nin İsrailə birbaşa reysləri mövcuddur və mən bu reyslərlə səfər etdiyim zaman həmin reyslərin hər zaman dolu olduğunu görürəm. Bu isə çox yaxşı bir əlamətdir. Hesab edirəm ki, potensial yüksəkdir.

- İki ölkə arasında tibbi personalın mübadiləsi sahəsində vəziyyət necədir?

- Tibb çox vacib bir məsələdir. Bunun bir neçə aspekti var. Mən Azərbaycanda çox yaxşı təchiz olunmuş bir neçə xəstəxanada olmuşam. Biz bir neçə ay bundan öncə Onkoloji Mərkəzlə müqavilə imzaladıq. Hazırda biz onlar üçün 2014-ci il üzrə təlimlər sahəsində iş planı tərtib etməyə hazırlaşırıq. İsrailin təlimlər sahəsində çox böyük təcrübəsi var. Bu səbəbdən də biz sizinlə tibb və texnologiyalar sahəsində öz təcrübəmizi paylaşmaqda maraqlıyıq.

Biz, həmçinin Azərbaycana öz texnologiyalarımızı gətirməkdə maraqlıyıq. Biz müxtəlif sahələrdə, həmçinin səhiyyə sahəsində təlimlər keçmək üçün İsrailə gedən azərbaycanlıların sayının artıdığını görürük. Bu, əməkdaşlıq edə biləcəyimiz daha bir sahədir.

- Azərbaycanda tolerantlığı necə dəyərləndirirsiniz?

- Azərbaycan tolerantlığa bir nümunədir. Azərbaycanda olan tolerantlığı başqa ölkədə görməmişəm. Yəhudilər burada sülh və təhlükəsiz şəraitdə min illərdir yaşayırlar. Biz bunu yüksək qiymətləndiririk və buna görə Azərbaycana minnətdarıq. Yəhudilər Azərbaycanda yaşamaqdan qürur hissi duyurlar.

- Yaxın gələcəkdə iki ölkə rəsmilərinin qarşılıqlı səfərlərinin təşkil olunması gözlənilirmi?

- Ötən il bir çox qarşılıqlı səfərlər olub və bu yaxınlarda da bəzi səfərlər gözləyirik. İsrailin İxracat İnstitutunun rəhbəri növbəti həftələr ərzində Azərbaycana səfər edəcək. Biz hər iki tərəfdən də yüksək səviyyəli nümayəndə heyətlərini gözləyirik.

Qeyd etmək istərdim ki, onkoloji sahədə imzalanan sazişlə yanaşı, biz diplomatik və xidməti pasportu olan şəxslər üçün viza rejiminin sadələşdirilməsinə dair ikitərəfli saziş imzalamışıq. Bu çox vacib bir sazişdir. Hazırda sözügedən saziş ratifikasiya prosesindədir. Hesab edirəm ki, bu ilin ortalarına kimi saziş qüvvəyə minəcək.

İki ölkə arasındakı əlaqələr çox yaxşıdır və yüksək səviyyəli görüşlər çox yaxın gələcəkdə də davam edəcək.

"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
"Kapital Bank" "Sberbank" ilə əməkdaşlığını davam etdirir
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
"Unibank"dan kənd təsərrüfatı krediti götürmək daha da asan oldu
Loading Bars
Xəbər lenti
Türkiyədə son sutkada koronavirusdan 926 nəfər sağalıb
Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı
12 əsrlik qalaya yol çəkilir (VİDEO)
Prezident İlham Əliyev: Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluq ilə bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür
Azərbaycan Prezidenti: Ölkəmizin hər bir yerində işlər plan üzrə, ardıcıllıqla, prioritetləri düzgün müəyyənləşdirməklə görülməlidir
Prezident İlham Əliyev: Bugünkü könüllülər sabahın rəhbərləridir
Azərbaycan Prezidenti: Hətta ən yaxşı bir layihə, ən yaxşı bir təşəbbüs əgər düzgün icra edilmirsə, onun səmərəsi olmur
Prezident İlham Əliyev: Bütün ölkə üzrə “ASAN xidmət” mərkəzləri yaradılmalıdır və bütün vətəndaşlara keyfiyyətli xidmətlər göstərilməlidir
Prezident İlham Əliyevə Respublika Günü münasibətilə təbriklər gəlməkdə davam edir
Prezident İlham Əliyevin Tərtərdə söylədiyi nitq bir sıra strateji istiqamətlər üzrə olduqca əhəmiyyətli idi - Hikmət Babaoğlu
Avropa Mərkəzi Bankı baza faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb
Almaniyada 99 yaşlı kişi koronavirusdan sağalıb
Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidin sürətlənməsində sahibkarlardan gözləntilər çoxdur
Vüqar Rəhimzadə: Azərbaycan mənşəli toponimlər mərhələ-mərhələ erməniləşdirilərək təcavüzə məruz qalıb
DİN dəfn icazəsi ilə bağlı məsələyə aydınlıq gətirdi
Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi qaydasına DƏYİŞİKLİK edildi
Ombudsmanın Cəlilabad Regional Mərkəzi “İnsan Hüquqları Aylığı” çərçivəsində videokonfrans keçirib
“Rəqəmli Qızlar – Milli Təlim Proqramı” çərçivəsində keçiriləcək onlayn təlimlərə qeydiyyat başlayıb
Prezident İlham Əliyev Necdet Ünüvarı “Dostluq” ordeni ilə təltif etdi
Azercell “Telegram Bot” - rəqəmsal dünyada yeni bələdçiniz!
“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib
DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb
Əsli Kazımova: Davamlı əməkdaşlıq prinsipləri hər zaman ölkəmizin ehtiyaclarına uyğun optimal cavab tədbirləri hazırlamağa imkan verəcək
Bakı metrosu həftə sonu işləməyəcək
BNA həftə sonu sərt karantin rejimində fəaliyyətinə dair AÇIQLAMA yaydı
Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır
Avtomobilin yük yerində Bakıya gəlmək istəyən şəxslər həbs edildi (FOTO)
Kamran Bayramov: Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq dəstək Azərbaycanın tərəfindədir
YAP İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib
Şura #evdəyəm kampaniyasına başladı!
İqtisadiyyat Nazirliyi: 1505 obyektdə sanitar-epidemioloji tələblər pozulub (FOTO)
Diplomatik korpusun əməkdaşları həftəsonu işə çıxacaqlar
Beynəlxalq ucuşlarla bağlı qərar və qaydalar yaxın günlərdə açıqlanacaq - TƏBİB
Siyəzəndə alternativ enerji istehsalı - Fermer günəş və küləkdən enerji əldə edir (VİDEO)
Şəkidə güclü külək ağacı və məktəbin hasarını aşırdı (FOTO)
TƏBİB: Valideynlər uşaqları qorumaq üçün qaydalara daha ciddi riyayət etməlidirlər
TƏBİB sədri: Ölkədə müxtəlif səbəblərdən hər gün 150-170 nəfər vəfat edir
Abituriyentlərdən koronavirus testinin nəticəsi tələb olunmur - RƏSMİ
Daxili uçuşların yaxın günlərdə bərpası gündəmdədir - Operativ Qərargah
Ramin Bayramlı: Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq
Metroda polisə tabe olmayan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib (VİDEO)
Arzu Nağıyev: Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşları qorumaq məqsədi daşıyır
Həftə sonu işləmək məcburiyyətində olan müəssisələrin NƏZƏRİNƏ
Ramin Bayramlı: Təcrübə göstərir ki, qısamüddətli qapanma dövrünün də effekti olur
DİM tərəfindən verilən qərarla imtahanlar növbəti həftəyə keçirilib
Hande Harmancı: Peyvənd hazır olmayana qədər koronavirus davam edəcək
Ramin Bayramlı: Dünəndən insanların qaydalara əməl etməsinin şahidi oluruq
TƏBİB sabahkı iş günü ilə bağlı özəl qurumlara tövsiyə etdi
Dünyasını dəyişən insanların koronavirusdan ölməsi barədə şayiələr var - TƏBİB AÇIQLADI
TƏBİB sədri: 190 manat birdəfəlik yardımın yenidən ödənilməsi gündəmdə deyil
Satış obyektlərində maskalar vətəndaşlar üçün əlçatandır
Jurnalistlər həftə sonları necə işləyəcək? - RƏSMİ AÇIQLAMA
Həftə sonu bəzi dövlət qurumlarının işçiləri məhdud sayda işə çıxacaqlar
Həftə sonunda apteklər və marketlər tam bağlanacaq - TƏBİB AÇIQLADI
İyunun 5-də dolların manata qarşı məzənnəsi
Ramin Bayramlı: Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik
Növbəti həftələrdə də 2-3 gün günlük qapanmalar ola bilər - Ramin Bayramlı
Azərbaycanda koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb, 2 nəfər ölüb
Baş Prokurorluqda dövlət komitəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirilib (FOTO)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Sevil Mikayılova: Faşizmin təzahürləri artıq Ermənistanın siyasi həyatında norma kimi qəbul olunur
"Müvəqqəti vergi rejimi" bu fəaliyyət sahələrinə aid ediləcək - SİYAHI
Parlament sədrindən vətəndaşlara çağırış: Bu bəlanın daha geniş vüsət almasına imkan yaratmayın
“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılır
"Atletiko"nun futbolçusu həbs olundu
Bəxtiyar Əliyev: Həftə sonu sərt karantin rejiminin tətbiq edilməsi vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır
Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib
Azərbaycanda içməli su üzrə sayğaclaşma 82,5 faizə çatıb
Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı
"Samsung"un rəhbəri həbs oluna bilər
Prezident İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərini təltif etdi
“Ən yaxşı motoatıcı bölük” adı uğrunda yarış keçirilir (FOTO/VİDEO)
Su təsərrüfatı və meliorasiya işçilərinə fəxri ad verildi - SƏRƏNCAM
Bakı Dairəvi-1 avtomobil yolunda hərəkətin təşkilində dəyişiklik edilib - SXEM
"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib
Prezident İlham Əliyev Sarıcalı kəndində yeni məktəb tikintisinə 2 milyon manat ayırıb
Ağcabədidə yol tikintisinə 5 milyon manat ayrılıb - Sərəncam
Azərbaycanla Türkiyə arasında uçuşlar iyunun 15-də bərpa oluna bilər - RƏSMİ
Sabah qısa iş günü olacaq
Şəmkirdə sanitar-karantin qaydalarını pozan çay evi aşkarlanıb (FOTO/VİDEO)
Vətəndaşlar yaşayış yerlərini 102-dən icazə almaqla tərk edə bilərlər
YAP rayon təşkilatının İdarə Heyətinin onlayn video konfransı keçirilib
6 və 7 iyunda keçirilməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirildi
“Azərkosmos”un sədri : Uğurlu idarəçi komandaya “çox sağ ol” deməyi vərdişə çevirməlidir
Vyetnam Milli Assambleyası Azərbaycana tibbi maskalar göndərib (FOTO)
İranda daha 59 nәfәr koronavirusdan ölüb
Sərt karantin rejimində tətbiq ediləcək məhdudiyyətlərin SİYAHISI
"Dərs vaxtı" verilişinin peşə təhsili pilləsi üzrə cədvəli açıqlanıb
Həftəsonu bu qurumların fəaliyyətinə icazə veriləcək - SİYAHI
Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi (VİDEO)
Nihat Şenyuva: Azərbaycan Beynəlxalq Bankında informasiya texnologiyaları mütəxəssisləri üçün çox uyğun şərait var
"Yelo Bank" avtoparkı üçün servis xidmətlərinin göstərilməsinə dair tender keçirir
Norveçdə torpaq sürüşməsi yaşayış məntəqəsini dənizə apardı (VİDEO)
Rauf Əliyev: Azərbaycanda koronavirus pandemiyası dövründə də sosial layihələr uğurla həyata keçirilir
Abşeron Dairəvi dəmir yolu xəttinə əlavə qatarlar buraxıldı - CƏDVƏL
Sabah Bakıda 29 dərəcə isti olacaq, rayonlarda isə dolu gözlənilir
Polis suda boğulan azyaşlını xilas etdi
İsveçdə işığı yandırıb-söndürmək üçün işçi axtarılır - Maaş 2300 dollar
Bütün xəbərlər