...

1915-ci il hadisələri sənədlərlə izah ediləcək

Siyasət Materials 31 Yanvar 2014 16:58 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində Türkiyədə 1915-ci il hadisələri QHT nümayəndələri və bir sıra siyasətçilərə sənədli şəkildə izah ediləcək.
1915-ci il hadisələri sənədlərlə izah ediləcək

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir R.Hafizoğlu/

Qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində Türkiyədə 1915-ci il hadisələri QHT nümayəndələri və bir sıra siyasətçilərə sənədli şəkildə izah ediləcək.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bu layihənin təqdimatı bu il fervralın 26-da - Xocalı soyqırımının anım günündə Rəcəb Tayyib Ərdoğan Universitetində start veriləcək.

Daha sonra layihənin təqdimatı Abdullah Gül, Adam, Mersin, Yozqat və Trabzon universitetlərində davam etdiriləcək.

Agentliyin məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd dünya ictimaiyyətinə 1915-ci hadisələri haqqında həqiqətləri çatdırmaqdır.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma "erməni soyqırımı"nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma "soyqırım"ı tanıyıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti