...

Azərbaycan parlamentinin spikeri deputatları aktiv olmağa çağırıb

Siyasət Materials 3 Fevral 2014 12:18 (UTC +04:00)
Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir.
Azərbaycan parlamentinin spikeri deputatları aktiv olmağa çağırıb

Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir İ.İzzət/

Bu gün Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilir.

Trend-in məlumatına görə, iclas Azərbaycanın dövlət himinin səslənməsi ilə başlayıb. Daha sonra ötən il Milli Məclisdə görülən işlər barədə məlumat verən spiker Oqtay Əsədov bildirib ki, 2013-cü ilin payız sessiyası dövründə parlametin 10 plenar iclası keçirilib. Bu zaman 170 qanun və qərar qəbul edilib. Bundan əlavə, komitələr səviyysində 62 iclas keçirilib və 215 məsələyə münasibət bildirilib. Ölkədə qanunvericilik bazasının yaradılması üçün lazımi tədbirlər görülüb.

Onun sözlərinə görə, ötən sessiya dövründə mühüm hadisə oktyabr ayıdan prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsidir: "Bu, son 10 ildə həyata keçirilən tədbirlərin, görülən işlərin məntiqi nəticəsi olub".

Sipker bu sessiyada millət vəkillərini aktiv olmağa çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti