...

Moldovanın Xalq artisti Azərbaycana müraciət edərək adının "qara siyahı"dan çıxarılmasını xahiş edib

Siyasət Materials 8 Fevral 2014 15:41 (UTC +04:00)
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev bildirib.
Moldovanın Xalq artisti Azərbaycana müraciət edərək adının "qara siyahı"dan çıxarılmasını xahiş edib

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir İ.İzzət/

Azərbaycan Respublikasının işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Moldova Respublikasının vətəndaşı Konstantin Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib. Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Moldova vətəndaşı bu səfərin məqsədyönlü xarakter daşımadığını və buna görə təəssüfləndiyini bildirib: "Moldovanın xalq artisti Konstantin Moskoviç ünvanlandığı məktubunda 2009-cu ildə festival çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini, bu səfərin məqsədyönlü xarakter daşımadığını və ona görə dərin təəssüf hissi keçirdiyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barəsində öhdəlik götürərək, adının bu siyahıdan çıxarılmasını xahiş edib".

E.Abdullayev qeyd edib ki, Konstantin Moskoviçin yazılı müraciətinə müvafiq qaydada baxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti