...

Krım parlamenti referendum keçiriləcəyini bəyan edib

Siyasət Materials 27 Fevral 2014 16:28 (UTC +04:00)
Krım Muxtar Respublikasının (KMR) Ali Radası muxtariyyətin statusu və onun gələcəyi haqqında Ümumkrım referendumunun keçiriləcəyini elan edib. Muxtariyyətin əhalisinə Ali Radanın Rəyasət Heyəti müraciət edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.
Krım parlamenti referendum keçiriləcəyini bəyan edib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Krım Muxtar Respublikasının (KMR) Ali Radası muxtariyyətin statusu və onun gələcəyi haqqında Ümumkrım referendumunun keçiriləcəyini elan edib. Muxtariyyətin əhalisinə Ali Radanın Rəyasət Heyəti müraciət edib. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xəbər yayıb.

KMR Ali Radası sədrinin mətbuat katibi Oksana Korniyçuk bildirib: "Ukraynada hakimiyyətin silahlı qruplaşmaların dəstəyi ilə radikal millətçilər tərəfindən qeyri-konstitusion yolla ələ keçirilməsindən sonra Krımda sülh və sabitlik təhlükə altındadır. Krım parlamentinin binası yanında dünən baş vermiş, qan axıdılmasına və insan ölümünə gətirib çıxarmış toqquşmalar ölkədə baş qaldıran siyasi ekstremizmin və zorakılığın nəticəsidir. Ukrayna tam şəkildə xaosa, anarxiyaya və iqtisadi fəlakətə yuvarlanır. Bu şəraitdə Krım Muxtar Respublikasında hakimiyyətin ən yüksək səlahiyyətli orqanı kimi Ali Rada onu seçmiş krımlıların iradəsinə söykənərək, Krımın taleyi üçün bütün məsuliyyəti öz üzərinə götürür".

Müraciətdə deyilir ki, demokratiyanın əsas qanunlarını rəhbər tutaraq Krım parlamentinin Rəyasət Heyəti xalq hakimiyyəti prinsiplərinin birbaşa tətbiqini yaranmış vəziyyətdən yeganə çıxış yolu hesab edir: "Rəyasət Heyəti əmindir ki, yalnız muxtariyyətin statusunun təkmilləşdirilməsi və onun səlahiyyətlərinin genişləndirilməsi ilə əlaqədar məsələ üzrə Ümumkrım referendumunun keçirilməsi ilə krımlılar xaricdən təzyiqlər və diktələr olmadan muxtariyyətin gələcəyini müəyyən etmək imkanı əldə edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti