...

Ombudsman: Ötən il hərbi prokurorluq orqanlarında qeydə alınmış hərbi cinayətlərin 34,4 faizi nizamnamə qaydalarını pozma olub

Siyasət Materials 4 Mart 2014 13:13 (UTC +04:00)
2013-cü il ərzində hərbi prokurorluq orqanlarında qeydə alınmış hərbi cinayətlərin 14,8 faizi Cinayət Məcəlləsinin 331-ci (hərbi qulluqçuları döymə, təhqir etmə və işgəncə vermə), 34,4 faizi isə 332-ci (tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi üzrə olub.
Ombudsman: Ötən il hərbi prokurorluq orqanlarında qeydə alınmış hərbi cinayətlərin 34,4 faizi nizamnamə qaydalarını pozma olub

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

2013-cü il ərzində hərbi prokurorluq orqanlarında qeydə alınmış hərbi cinayətlərin 14,8 faizi Cinayət Məcəlləsinin 331-ci (hərbi qulluqçuları döymə, təhqir etmə və işgəncə vermə), 34,4 faizi isə 332-ci (tabelik münasibətində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddəsi üzrə olub. Trend xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə "Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə illik məruzəsini təqdim edərkən bildirib.

Elmira Süleymanova deyib ki, övladları müddətli hərbi xidmətdə olan və sağlamlıq durumu pisləşmiş hərbi qulluqçuların valideynlərinin şikayətləri narahatlıq doğurur. Belə hallar cəmiyyətdə hərbi qulluğa düzgün münasibətin formalaşmasına mənfi təsir göstərir.

Ombudsman qeyd edib ki, müraciətlərin araşdırılması göstərir ki, hərbi xidmətdə sağlamlıq vəziyyəti və psixoloji durumlarında müəyyən problemləri olmaqla hərbi xidmətə yararsız olan əsgərlərə, hətta zabitlərə də rast gəlinməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti