...

Siyavuş Novruzov: "Sovetski"nin sökülməsi yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edir

Siyasət Materials 4 Mart 2014 15:49 (UTC +04:00)
"Sovetski"nin sökülməsi yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edən addımlardan biridir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.
Siyavuş Novruzov: "Sovetski"nin sökülməsi yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edir

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Mehdiyev/

"Sovetski"nin sökülməsi yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edən addımlardan biridir. Bu barədə Trend-ə Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, "Sovetski" biznes, ticarət və yaxud orada ev tikilib satılması məqsədilə sökülmür: "O ərazidə yolların salınması, yeraltı avtomobil dayanacaqlarının tikilməsi, vətəndaşların asudə vaxtlarını səmərəli keçirməsi və uşaqların gəzməsi üçün parkların salınması nəzərdə tutulur. Yəni burada söküntü işləri gəlir məqsədi daşımır, əksinə, vətəndaşların vaxtını yaxşı keçirməsi, dincəlməsi, şəhərin genişləndirilməsi, gözəlləşdirilməsi məqsədi daşıyır".

Millət vəkili bildirib ki, həmin ərazidə küçələrdə hərəkət etmək mümkün deyil, daim tıxaclar olur: "Şəhərin mərkəzi hissəsində belə problem yaranırsa, bu, şəhərin qalan yerlərinə də təsir göstərir. Bu, yalnız şəhərin gözəlləşdirilməsinə xidmət edən addımlardan biridir".

S.Novruzv əlavə edib ki, bu ərazinin sökülməsi ilə bağlı hələlik araşdırmalar, inventarlaşdırma gedir: "Hələ burada konkret sökülmə ilə bağlı fəaliyyətə başlanmayıb. Burada, həmçinin qiymətləndirmə aparılır. Qiymətləndirmə onunla əlaqədər aparılır ki, həmin ərazidə tikilən yeni binalarda qiymətlər müəyyənləşdirilir və buna uyğun olaraq qiymət müəyyən edilir. Tutaq ki, həmin ərazidə yeni tikilmiş binalarda mənzilin kvadratmetri təqribən 1430 manat, 1350 manat, bəzi yerlərdə isə 1200 manat civarındadır və bunun da ekvivalentində hökumət müəyyənləşdirib ki, bu məsələ bazar qiyməti ilə tənzimlənir və bazar qiyməti də 1500 manat müəyyən olunub".

Millət vəkilinin sözlərinə görə ki, lakin burada bir neçə məsələ ortaya çıxır ki, bunlar da müzakirə olunub həll olunmalıdır: "Orada bəzi insanların yaşadığı sahə çox kiçikdir, yəni bir ailə 10-15 kvadratmetrlik mənzildə yaşayır. Bunların da aldığı vəsaitlə həmin ərazidə və yaxud yaxın ərazilərdə hər hansı mənzil almaq mümkün deyil. Çünki yeni tikilən binalarda 10-15 kvadratmetrlik mənzil yoxdur. Yəni burada obyektiv və subyektiv səbəblər var. Hazırda Nazirlər Kabineti də bu işlə bağlı danışıqlar aparır və məsələnin həlli yolları araşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti