...

Ukraynalı hərbçilər Krımı silahsız tərk edirlər

Siyasət Materials 26 Mart 2014 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 mart /Trend/

1500 ukraynalı hərbçi Krımı tərk edir. Onlar hərbi xidməti Ukraynada davam etdirmək istəyirlər. Hərbçilər və onların ailələri Krımdan silahsız və dəmir yolu ilə çıxarılacaqlar. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən xəbər verir.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun sözlərinə görə, Sevastopolda Lazarev küçəsi, ev 6 ünvanda ukraynalı hərbçilər üçün müvəqqəti qeydiyyat məntəqəsi açılıb. Habelə onlar üçün martın 26-dan plaskartlı sərnişin vaqonları ehtiyatda saxlanır ki, onlar Ukraynaya gedən sərnişin qatarlarına qoşulacaqlar.

Sevastopolda səkkiz, Simferopolda, Yevpatoriyada, Feodosiyada hər birində iki, Kerçdə isə bir vaqon qeydiyyata alınıb.

Rusiya-Ukrayna sərhəddini keçdikdən sonra Krımdan gələn bütün hərbçilər Ukraynanın А-1978 saylı hərbi hissəsində yaradılan Novoalekseyevsk stansiyasındakı toplama məntəqəsinə gedəcəklər. Orada onlar yeni xidmət yerinə təyinat alacaqlar.

Qeyd edək ki, martın 26-da Ukraynanın Krımda yerləşdirilmiş 193 hərbi hissə və müəssisələrinin hamısında Rusiya bayraqları qaldırılıb.

Gerasimov bildirib: "Hərbi hissə və müəssisələrdə hərbi əmlakın inventarizasiyası və şəxsi heyətin təkrar attestasiyası keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti