...

Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Siyasət Materials 28 Mart 2014 19:13 (UTC +04:00)
Braziliada Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Azərbaycan və Braziliya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 mart /Trend/

Braziliada Azərbaycan Respublikası və Braziliya Federativ Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan tərəfini Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyev təmsil edib.

Məsləhətləşmələr zamanı Azərbaycan və Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib. Y.Əliyevin Braziliya Xarici İşlər Nazirliyinin baş katibi Eduardo dos Santos ilə görüşü keçirilib.

Bundan əlavə, səfir Braziliya Milli Konqresinin üzvləri, o cümlədən Deputatlar Palatasında Braziliya-Azərbaycan Dostluq Qrupunun sədri Klaudio Kajado Sampayo ilə görüşlər keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti