...

Abdullah Gül: Türkiyə bundan sonra da Ukraynanı dəstəkləyəcək

Siyasət Materials 28 May 2014 10:49 (UTC +04:00)
Türkiyə gələcəkdə də Ukraynanı, eləcə də Kiyevin problemlərin beynəlxalq hüququn əsas normaları əsasında həlli üzrə bütün səylərini dəstəkləyəcək.
Abdullah Gül: Türkiyə bundan sonra da Ukraynanı dəstəkləyəcək

Azərbaycan, Bakı, 28 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə gələcəkdə də Ukraynanı, eləcə də Kiyevin problemlərinin beynəlxalq hüququn əsas normaları əsasında həlli üzrə bütün səylərini dəstəkləyəcək. Bunu Türkiyə Prezidenti Abdullah Gül deyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Sabah" qəzeti xəbər yayıb.

Gül həmçinin ukraynalı həmkarını prezident postuna seçilməsi münasibəti ilə təbrik edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri mayın 25-də keçirilib. Seçkilərdə Pyotr Poroşenko qalib gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti