...

Niderlandın Almelo şəhərində "erməni soyqırımı"na dair abidə tikilməsinə qarşı bələdiyyəyə etiraz məktubları göndərilib

Siyasət Materials 3 İyun 2014 13:35 (UTC +04:00)
Trend-in məlumatına görə, toplantıda Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının uğurları, gələcək planları, problemləri və bu problemlərin həlli yolları müzakirə edilib.
Niderlandın Almelo şəhərində "erməni soyqırımı"na dair abidə tikilməsinə qarşı bələdiyyəyə etiraz məktubları göndərilib

Belçika Brüsel, 3 iyun /Trend, müxbir E.Hüseynli/

Niderlanddakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti Brüsseldə müzakirə edilib. Trend-in məlumatına görə, toplantıda Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının uğurları, gələcək planları, problemləri və bu problemlərin həlli yolları müzakirə edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov bildirib ki, təşkilatlar artıq mümkün olduğu qədər akademik fəaliyyət istiqaməti götürməli, lobbiçiliyin qurulmasında aktiv iştirak etməlidir. N.Qurbanov diaspor təmsilçilərimizi daha çox yerli deputatlar, bələdiyyə üzvləri ilə işləməyə, seçkilərə qatılan türklərə səs toplanmasına dəstək göstərməyə çağırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin təmsilçiləri və Azərbaycan KİV nümayəndələrinin iştirak etdiyi tədbirə Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşqın, Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli, "Ana Vətən" Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Maisə Ağamirzəyeva, "Vahid, Bölünməz və Demokratik Azərbaycan Uğrunda Birlik" Cəmiyyətinin sədri İradə Uluxanlı, "Odlar Yurdu" Cəmiyyətinin rəhbəri Firəngiz Bağırova, Niderlandda yaşayan jurnalist Vüqar Abbasov və digəriləri qatılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov isə Hollandiyada fəaliyyət göstərən diaspor təşkilatlarını daha fəal olmağa, Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə birlik nümayiş etdirməyə çağırıb. İ.Məmmədov həmçinin bildirib ki, spesifik düşüncəyə malik Hollandiyada diaspora fəaliyyətinin istiqamətləri də özünəməxsusluq tələb edir. Xüsusilə gənclərlə daimi iş aparılmasının vacibliyini qeyd edib.

Niderland Azərbaycan Evinin rəhbəri Elxan Mirhəşimli diaspor fəaliyyətində və lobbi quruculuğunda ziyalıların potensialından daha effektiv istifadə edilməsinin və gənclərə diqqət ayrılmasının zərurliyini bildirib. O qeyd edib ki, gələcəyə hesablanmış siyasət yürüdərək yerli dili, qanunları, insanların psixologiyasını daha yaxşı bilən gənc nəslin siyasi fəaliyyətə cəlb olunması, onlara dəstək göstərilməsi vacibdir.

Hollandiyada ermənilərin qondarma "soyqırım" təbliğatına qarşı davamlı mübarizəsindən danışan İlhan Aşkın bu sahədə mitinq və yürüşlərin əhəmiyyətini vurğulayıb. Belə ki, İ.Aşkın ermənilərin Almelo şəhərində abidə tikməsinə qarşı izdihamlı mitinqin keçirilməsinin, eləcə də yerli bələdiyyəyə davamlı olaraq etiraz məktublarının göndərilməsinin artıq yerli ictimaiyyətdə müəyyən reaksiyalara səbəb olduğunu, hətta ermənilərin öz arasında narahatlıq yaratdığını deyib. Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri həmçinin, yaxın vaxtlarda Hollandiyada ikinci Xocalı abidəsinin qoyulması istiqamətində iş aparıldığını da bildirib.

Toplantıda Azərbaycan diasporunun fəaliyyətində qadınların rolu, azərbaycanlıların holland cəmiyyətinə inteqrasiyasında qarşıya çıxan çətinliklıiklər, türklərdən daha çox ermənilərin məskunlaşdığı Hollandiyada Azərbaycan həqiqətlərini qəbul etdirməkdə yaranan problemlər müzakirə edilib. Toplantıda iştirak edən diaspor təşkilatlarının rəhbərləri bir araya gələrək 2015-ci il üçün fəaliyyət proqramı və təkliflər paketi hazırlayaraq Dövlət Komitəsinə təqdim etməyi qərara alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti