Prezident İlham Əliyev: Türkdilli dövlətlərin birliyinin təməlində ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır (FOTO)

Prezident İlham Əliyev: Türkdilli dövlətlərin birliyinin təməlində ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

İyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı keçirilmişdir.

Trend AzərTAc-a istinadən məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak etmişdir.

Türkiyə Prezidenti Abdullah Gül Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

Sonra prezidentlər birgə foto çəkdirdilər.

Zirvə toplantısında iştirak edən dövlət başçılarını bir daha salamlayan Türkiyə Prezidenti Abdullah Gül türkdilli dövlətlərlə əlaqələrin genişlənməsində bu təşkilatın böyük rolu olduğunu bildirdi. Qeyd etdi ki, təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələr də səmərəlidir və bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişafına xidmət edir. 2009-cu ildə Naxçıvan Zirvə toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən dövrdə böyük inkişaf yolu keçdiyini deyən Abdullah Gül builki Zirvə toplantısının mövzusunun turizmə həsr olunduğunu diqqətə çatdırdı. Bu istiqamətin ölkələrimiz arasında işbirliyinin genişlənməsində mühüm rol oynayacağını vurğuladı.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi: "Əziz qardaşım, hörmətli Prezident Abdullah Gül. Hörmətli dövlət başçıları. Əziz dostlar. Cənab Prezident, ilk növbədə bizə göstərdiyiniz qonaqpərvərliyə və bu Zirvə toplantısını yüksək səviyyədə təşkil etdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Deyə bilərəm ki, bu gün biz sədrliyi Türkiyəyə təhvil veririk. Bir il bundan əvvəl Qəbələ şəhərində Qırğızıstandan Şuraya sədrliyi təhvil almışıq və il ərzində çalışmışıq ki, Şuranın işi uğurlu olsun. Hesab edirəm ki, il ərzində görülən işlər bizim birliyimizi daha da möhkəmləndirəcəkdir. Əlbəttə ki, növbəti dövr üçün Türkiyəyə sədrlik işində uğurlar arzulayıram".

Dövlət başçısı qeyd edib ki, keçən il ərzində müxtəlif istiqamətlər üzrə əməkdaşlığımız davam etmişdir. Bu gün sadəcə olaraq bir neçə məqamı qeyd etmək istərdim. İl ərzində BMT Məclisi çərçivəsində xarici işlər nazirlərinin görüşü keçirilmişdir. Bu, Şuranın siyasi məsələlərinin həlli üçün önəmli bir addım idi. Eyni zamanda, iqtisadi sahədə görülən işlər də təqdirəlayiqdir. Biznes forum keçirilmişdir. Diaspor təşkilatlarının fəaliyyətini təkmilləşdirmək üçün önəmli addımlar atılmışdır. Təhsil, nəqliyyat nazirlərinin görüşləri keçirilmişdir. Çox şadam ki, Azərbaycanın təşəbbüsü ilə Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması da artıq reallaşır. Əminəm ki, bu Fond yaranandan sonra müxtəlif layihələri, mədəniyyətlə, incəsənətlə, ortaq tariximizlə bağlı tədbirləri keçirmək üçün yaxşı imkanlar olacaqdır. Eyni zamanda, qeyd etməliyəm ki, keçən il Qəbələdə Azərbaycan tərəfi bir təşəbbüslə çıxış etmişdir ki, biz beynəlxalq turizm sərgilərində birgə stendlərlə çıxış edək. Şadam ki, artıq birinci addım atılmışdır. Bakıda keçirilmiş beynəlxalq turizm sərgisində Əməkdaşlıq Şurasına üzv ölkələrin birgə fotostendi də nümayiş etdirilmişdir. Yəni, bu, birinci addımdır. Hesab edirəm ki, növbəti illərdə biz başqa ölkələrdə birgə turizm potensialımızı təqdim etməliyik".

İlham Əliyev bildirib ki, bunun həm də birliyimiz üçün önəmi vardır. Çünki bu, birliyimizin bir təzahürü və praktik nöqteyi-nəzərdən önəmli addım olacaqdır: "Biz dünən söhbət əsnasında bu barədə fikir mübadiləsi aparmışıq. Mən bu gün xüsusilə TÜRKSOY-un fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Çünki TÜRKSOY bizi mənəvi cəhətdən, mədəniyyət sahəsində birləşdirən təşkilatdır. Bizim birliyimizin təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Əlbəttə, siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük".

Azərbaycan Prezidenti vurğulayıb ki, eyni zamanda, ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm daşıyır: "Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır".

Dövlət başçısı qeyd edib ki, ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir: "Bildiyiniz kimi, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulubdur. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün vardır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib. Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı - bütün bu mötəbər təşkilatlar öz qərar və qətnamələrində ədaləti, beynəlxalq hüququ və əslində Azərbaycanın mövqeyini dəstəkləmişlər. Ancaq əfsuslar olsun ki, işğalçı ölkə buna məhəl qoymur və işğal davam edir".

İlham Əliyev deyib ki, bu məsələnin həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri üzərində mümkündür. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qeyd-şərtsiz icra edilməlidir. Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir və soydaşlarımız öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Baxmayaraq ki, orada artıq hər şey dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər etmişlər və onların məruzələrində orada bütün dağıntılar öz əksini tapıbdır. O cümlədən bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsinə dağıdılıbdır. Bu münaqişə böyük regional təhlükədir, eyni zamanda, bizim üçün iqtisadi cəhətdən də böyük problemlər yaradır.

Prezident bildirib ki, Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır: "Hesab edirəm ki, biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir. Biznes forumların keçirilməsi, investisiya imkanlarının araşdırılması, üçüncü ölkələrə birgə investisiya layihələri ilə çıxmağımız hesab edirəm ki, növbəti dövr üçün diqqətəlayiq məsələlərdən biridir. Eyni zamanda, bizim birliyimizi nəqliyyat infrastrukturu ilə möhkəmləndirmək üçün Azərbaycan öz səylərini qoyur".

Dövlət başçısı vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi hadisədir: "Əminəm ki, gələn ildən başlayaraq bu yol açıq olacaqdır. Beləliklə, yeni dəmir ipək yolu bərpa ediləcəkdir. Bu layihənin həyata keçirilməsi Şuranın bütün üzvləri üçün əlavə fayda gətirəcəkdir. Çox şadam ki, həm Azərbaycanda, həm Qazaxıstanda, həm Türkmənistanda mövcud olan limanlar genişləndirilir. Eyni zamanda, Xəzərdə yeni ticarət limanları tikilir ki, gələcəkdə biz yük daşımalarının artırılmasına tam şəkildə hazır olaq. Limanların, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi, ticarət dövriyyəsinin artırılması, əlavə yüklərin və mövcud olan yüklərin bu yolla nəqli iqtisadi maraqlarımızı artıracaqdır, eyni zamanda, işimizi konkret tədbirlərlə zənginləşdirəcəkdir".

İlham Əliyev qeyd edib ki, enerji sahəsində əməkdaşlıq uğurludur. Bu gün Azərbaycan Xəzərin şərq sahilindən Qərb istiqamətinə neft məhsullarının, neftin nəqlini təmin edir, yəni tranzit rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəndən sonra bu rol daha da artacaqdır: "Biz enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək əzmindəyik. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizi birləşdirən coğrafiya geniş coğrafiyadır. Bizim ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir. Bu resurslar artıq müxtəlif yollarla dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın müstəqil və çoxşaxəli ixrac yolları vardır. Yəni, heç bir ölkə ixracla bağlı heç bir problem yaşamır. Ancaq maraqlarımızı daha da dolğun şəkildə təmin etmək, birliyimizi möhkəmləndirmək üçün biz bu sahədə birgə tədbirləri görməliyik və əminəm ki, görəcəyik.

Beləliklə, əməkdaşlığımız növbəti illərdə daha da möhkəm olacaqdır. Yeni təşəbbüslər irəli sürüləcəkdir. Hesab edirəm ki, müəyyən mərhələdə biz birgə investisiya fondunun yaradılması haqqında da düşünməliyik. Çünki ölkələrimizin maliyyə vəziyyəti çox sabitdir, yaxşıdır. Biz heç bir problem yaşamırıq. Hətta özümüz də başqa ölkələrə kredit verməyə başlamışıq. Bir daha qeyd etməliyəm ki, Azərbaycan Şuradakı fəaliyyətinə çox böyük əhəmiyyət verir. Biz çox şadıq ki, Şura artıq güclü bir beynəlxalq təşkilata çevrilib. Əminəm ki, qardaş Türkiyənin sədrliyi ilə biz yeni uğurlara imza atacağıq. Təşəkkür edirəm".

Zirvə toplantısında iştirak edən digər dövlət başçıları da çıxış etdilər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısına yekun vuran Türkiyə Prezidenti Abdullah Gül tədbirdə müzakirə olunan məsələlərin türkdilli dövlətlər arasında əməkdaşlığın daha da genişləndirilməsinə yeni təkan verəcəyini vurğuladı.

Prezident Abdullah Gül V Zirvə toplantısının Qazaxıstanda keçiriləcəyini bildirdi.

Sonra dövlət başçıları Zirvə toplantısının birgə Bəyannaməsini, Türk Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərarı imzaladılar.

Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçildi. Türk Akademiyasının prezidenti vəzifəsinə isə Darxan Kıdırəli təyin olundu.

Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı işini başa çatdırdı.

Samuxda 3 otaqlı ev yanıb
Samuxda 3 otaqlı ev yanıb
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Loading Bars
Xəbər lenti
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Şəkidə avtoxuliqan saxlanılıb (FOTO/VİDEO)
İsraildə aktiv koronavirus xəstələrinin sayı 825-ə düşüb
Son illərdə Naxçıvanın iqtisadi, siyasi və hərbi potensialının dinamik şəkildə artması danılmaz faktdır - Kamaləddin Qafarov
Ermənilər təkcə xalqımıza deyil, dini abidələrimizə qarşı da vandallıq törədiblər - Allahşükür Paşazadə
Qazaxıstanda koronavirusa yoluxanların sayı 350 min nəfəri ötüb
Azərbaycan xalqı birlik sayəsində qələbə qazandı - QMİ sədri
İlk dəfədir ki, Ramazan bayramını qalib ölkə kimi qeyd edirik - Allahşükür Paşazadə
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 5 nəfər saxlanılıb
Şuşada "Xarı Bülbül" festivalında iştirak etdiyimizə görə çox xoşbəxtik - Xalq artisti
Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)
Pomidor güvəsi (Tuta absoluta) və onunla mübarizə üsulları
“Şaka” ləqəbli narkotacir saxlanılıb
Venesuelada ilin əvvəlindən inflyasiya 240 faizi ötüb
Braziliyada koronavirusdan daha 2 494 nəfər ölüb
Şuşada bayram namazı qılınıb (VİDEO)
“Azpetrol” Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edir
Bakıda intihara cəhdin qarşısı alınıb
Argentinada koronavirusa yoluxanların sayı 3,2 milyonu ötüb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadan bütün müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib (FOTO)
İsrail Türkiyə telekanalının Qəzza zolağında yerləşən binasına zərbə endirib
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Ağstafa polisi şəhid ailələrinə bayram sovqatları paylayıb (FOTO)
BMT-nin baş katibi Fələstin-İsrail münaqişəsinin deeskalasiyasına nail olmağa çağırıb
Bayden ABŞ-ın kiber təhlükəsizliyinin təmin edilməsi lə bağlı qərar imzalayıb
BMT Təhlükəsizlik Şurasının Fələstin və İsrail üzrə iclası mayın 14-ü keçirilə bilər
Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb
Bitkoinin qiyməti 15 faizdən çox ucuzlaşıb
ÜST-nin Baş direktoru koronavirusa qarşı peyvənd olunub
Böyük Britaniyada daha 2 284 nəfər koronavirusa yoluxub
Polislər Mingəçevir və Zaqatalada şəhid ailələrini, qaziləri və aztəminatlı soydaşlarımızı ziyarət ediblər (FOTO)
İsrailin zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı 65-ə çatıb
Şəmkirdə dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Sloveniyada koronavirusun "Hindistan" ştammına ilk yoluxma halı qeydə alınıb
Bakıda birmərtəbəli evdə yanğın olub
Azərbaycan Prezidenti Ramazan bayramı münasibətilə paylaşım edib (FOTO)
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb (VİDEO)
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Bütün xəbərlər