...

İraq türkmənləri silahlanır

Siyasət Materials 17 İyun 2014 11:16 (UTC +04:00)
İraq türkmənləri ölkənin türkmənlər yaşayan şəhərlərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının əlinə keçməsindən sonra silahlanmaq qərarına gəliblər.
İraq türkmənləri silahlanır

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

İraq türkmənləri ölkənin türkmənlər yaşayan şəhərlərinin "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularının əlinə keçməsindən sonra silahlanmaq qərarına gəliblər. Trend-in məlumatına görə, bu barədə Anadolu agentliyinə verdiyi açıqlamada Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi bildirib.

Salihi türkmənlərin terrorçulara qarşı silahlanmaq və özlərini müdafiə etmək məcburiyyətində olduğunu deyib.

İyunun 11-də İraqın Türkmən Xalq Cəbhəsinin rəhbəri Erşad Salihi İraq türkmənlərinin müdafiə olunması çağırışı ilə Türkiyəyə müraciət etmişdi.

Salihi İraq hökumətinin ölkədəki bütün millətlərdən olan vətəndaşlara dəstək göstərməsini, lakin təkcə iraqlı türkmənlərin bu dəstəkdən məhrum olduğunu bildirmişdi.

İraq türkmənləri ölkə əhalisinin 11 faizini təşkil edirlər.

Dünən "İraq və Şam İslam Dövləti" (İŞİD) ölkənin türkmənlər yaşayan Telafer şəhərində nəzarəti tam olaraq ələ keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti