Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə bəzi qüvvələr prezident seçkilərindən öncə qeyri-sabit vəziyyət yaratmaq istəyirlər ki, bu da cidii iqtisadi problemlərə yol aça bilər. Trend-in şənbə günü "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək deyib.
Onun sözlərinə görə, Türkiyədə qeyri-sabit vəziyyət ölkə iqtisadiyyatını 20 il geri sala bilər ki, bu da bəzi qüvvələrə sərf edir.
Bunların hansı qüvvələr olduğunu açıqlamayan M.Şimşək qeyd edib ki, 2014-cü il Türkiyə iqtisadiyyatı üçün çətin dövrdür.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2014-cü il avqustun 10-na təyin edilib.