...

Bərzani: Kürd muxtariyyəti Kərkükün müdafiəsi üçün hər şeyə hazırdır

Siyasət Materials 27 İyun 2014 10:58 (UTC +04:00)
İraqın kürd muxtariyyəti Kərkükün müdafiəsi üçün hər şeyə hazırdır. Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, bunu muxtariyyət administrasiyasının rəhbəri Məsud Bərzani bəyan edib.
Bərzani: Kürd muxtariyyəti Kərkükün müdafiəsi üçün hər şeyə hazırdır

Azərbaycan, Bakı, 27 iyun /Trend/

İraqın kürd muxtariyyəti Kərkükün müdafiəsi üçün hər şeyə hazırdır. Trend Türkiyənin "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, bunu muxtariyyət administrasiyasının rəhbəri Məsud Bərzani bəyan edib.

Bərzaninin sözlərinə görə, Kərkük əhalisi də terrorçu qruplaşmalara qarşı mübarizə aparmağa hazırdır: "Kərkük əzab-əziyyətlər çəkmiş tarixi şəhərdir. Biz söz veririk ki, Kərkükün gələcəyi "Pəşmərgə" (Kürd administrasiyası tabeliyində olan xüsusi təyinatlılar dəstəsi) müdafiəsinin köməyi ilə daha parlaq olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti