...

Məsud Bərzani: İraq parçalanma həddindədir

Siyasət Materials 7 İyul 2014 11:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İraq parçalanma həddindədir. Bunu İraqın kürd administrasiyasının rəhbəri Məsud Bərzani bildirib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Al JazeeraTürk" telekanalı xəbər yayıb.

Onun sözlərinə görə, Baş nazir Nuri əl-Malikinin başçılıq etdiyi İraqın mərhəzi hökuməti ölkədə vəziyyətə nəzarət etmir.

Bərzaninin qeyd etdiyi kim, gec ya tez kürd administrasiyası öz müstəqilliyini elan edəcək ki, bu da İraq kürdlərinin hüququdur. Lakin bu zaman administrasiya regiondakı digər torpaqlara iddia etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti