...

İraq HHQ ölkənin şimalında neft emalı zavoduna aviasiya zərbələri endirib

Siyasət Materials 11 İyul 2014 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

İraq HHQ-nin təyyarələri "İraq və Şam İslam Dövləti" təşkilatının yaraqlılarının nəzarəti altında olan Mosulda "Kayara" neft emalı zavoduna (NEZ) iki raket zərbəsi endirib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.

Raket zərbələri nəticəsində NEZ-də yanğın baş verib. Yanğın çətinliklə söndürülüb.

"Kayara" NEZ-ə və "Hammam əl-Əlil" şirkətinin anbarlarına aviazərbələrin iyulun 10-da endirildiyi xəbər verilir.

"Kayara" NEZ bir aydan çoxdur ki, "İraq və Şam İslam Dövləti" terror təşkilatının yaraqlılarının və bəzi silahlı sünni qruplaşmaların nəzarəti altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti