...

Qəzet: Türkiyə İraqdakı kürd muxtariyyətini öz statusu ilə bağlı referendumun keçirilməsinə tələsməməyə çağırıb

Siyasət Materials 15 İyul 2014 11:05 (UTC +04:00)
Türkiyə İraqın şimalındakı kürd muxtariyyətini öz statusu ilə bağlı referendumun keçirilməsinə tələsməyə çağırıb.
Qəzet: Türkiyə İraqdakı kürd muxtariyyətini öz statusu ilə bağlı referendumun keçirilməsinə tələsməməyə çağırıb

Azərbaycan, Bakı, 15 iyul /Trend. Müxbir Rufiz Hafizoğlu/

Türkiyə İraqın şimalındakı kürd muxtariyyətini öz statusu ilə bağlı referendumun keçirilməsinə tələsməyə çağırıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin "Yeni Şafak" qəzeti xəbər yayıb.

Belə bir bəyanatla Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzaninin Türkiyəyə səfəri zamanı çıxış edib.

İraq vilayətlərinin terrorçu "İraq və Şam İslam Dövləti" qruplaşmasının yaraqlıları tərəfindən ələ keçirilməsindən sonra Bağdadla Ərbil arasında münasibətlər nəzərəçarpacaq dərəcədə pisləşib.

İraqın şimalındakı kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani İraqın Baş nazirini ölkədə baş verən hadisələrə görə məhz onun günahkar olduğunu bildirib.

İyulun 7-də Bərzani İraqın parçalanma həddində olduğunu bəyan etmişdi.

Bərzaninin qeyd etdiyi kim, gec ya tez kürd administrasiyası öz müstəqilliyini elan edəcək ki, bu da İraq kürdlərinin hüququdur. Lakin bu zaman administrasiya regiondakı digər torpaqlara iddia etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti