Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
İsrailin Qəzza sektorunda həyata keçirdiyi hərbi əməliyyatlar zamanı "İslam cihadı" təşkilatının liderlərindən biri Salah Əbu Həsəneyn ölüb.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, o, Qəzzanın bombardman edilməsi zamanı dünyasını dəyişib.
Təşkilat liderin ölüm faktını təsdiq edib.
Qeyd edək ki, İsrailin iyulun 7-dən başladığı hərbi əməliyyat nəticəsində indiyədək aralarında uşaq və qadınların da olduğu 800-dən çox insan öldürülüb.
İsrail ordusu isə 45 hərbçi itirib.