...

İsmət Yılmaz: Türkiyədə hərbi komissarlıqlar ləğv edilə bilər

Siyasət Materials 1 Avqust 2014 12:13 (UTC +04:00)
Türkiyədə hərbi komissarlıqlar bağlana bilər. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bəyan edib.
İsmət Yılmaz: Türkiyədə hərbi komissarlıqlar ləğv edilə bilər

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə hərbi komissarlıqlar bağlana bilər. Trend-in "Haber7" telekanalına istinadən verdiyi məlumata görə, bunu ölkənin müdafiə naziri İsmət Yılmaz bəyan edib.

Onun sözlərinə görə, 2011-ci ildən etibarən Türkiyədə ümumilikdə 150 hərbi komissarlıq bağlanıb.

Nazir qeyd edib ki, hərbi komissarlıqların bağlanması orduya çağırış prosesinə təsir etmir.

İ.Yılmaz bildirib ki, Türkiyədə artıq orduya çağırış üzrə yeni sistem tətbiq edilib və çağırışçılar "Elektron hökumət" portalının köməyi ilə özlərinin gələcək xidmət yerləri və başqa detallar barədə öyrənə biləcəklər.

Qeyd edək ki, Türkiyədə hərbi komissarlıqlar Osmanlı imperiyası zamanı (Sultan II Əbdülhəmidin hakimiyyəti dövründə), 1886-cı ildə yaradılıb.

Hazırda Türkiyədə 530 hərbi komissarlıq fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti