...

Əbülfəs Qarayev Türkiyənin milli müdafiə naziri ilə görüşüb (FOTO)

Siyasət Materials 11 Sentyabr 2014 17:59 (UTC +04:00)
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla görüşüb.
Əbülfəs Qarayev Türkiyənin milli müdafiə naziri ilə görüşüb (FOTO)

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin milli müdafiə naziri İsmət Yılmazla görüşüb.

Türkiyəli nazir Bakıda keçirilən "ADEX 2014" beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün ölkəmizə gəlib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Ə.Qarayev qonağı salamlayaraq Bakıya hər gəlişində Azərbaycanın mədəni həyatı ilə yaxından tanış olmağa təşəbbüs göstərdiyi üçün ona təşəkkürünü bildirib. İ.Yılmazın Türkiyədə keçirilən Azərbaycan mədəniyyəti ilə bağlı tədbirlərlə də maraqlandığını, bu tədbirlərdə iştirak etdiyini deyən nazir bildirib ki, bu diqqət bizim üçün böyük önəm daşıyır.

Öz növbəsində, İ.Yılmaz ölkəmizə səfərləri zamanı gördüyü səmimiyyət və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edərək bu görüşlərin Azərbaycan və Türkiyə arasında dostluğun, qardaşlığın nümunəsi olduğunu vurğulayıb. O, ölkəmizə budəfəki səfərinin də uğurlu keçdiyini, Azərbaycan Prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Əliyevlə görüşündən məmnunluğunu bildirib. Qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman "bir millət - iki dövlət" olaraq qarşılandığı kimi, bütün beynəlxalq tədbirlərdə də qardaş dövlətlər olaraq iştirak etməlidirlər.

Görüşdə ikitərəfli əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti