Mehriban Əliyeva internat məktəbin açılışında iştirak edib, "Könül" körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub (ƏLAVƏ OLUNUB) (FOTO)

Mehriban Əliyeva internat məktəbin açılışında iştirak edib, "Könül" körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər saat 15:28-də yayılıb

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Sentyabrın 15-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbi yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan internat məktəbin açılış mərasimində Azərbaycanın birinci xanımı, Fondun prezidenti, Milli Məclisə Xəzər rayonundan deputat seçilmiş Mehriban Əliyeva iştirak edib.

Heydər Əliyev Fondu yarandığı vaxtdan həyata keçirdiyi layihələr sırasında "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramına xüsusi əhəmiyyət verir. Proqram çərçivəsində respublika üzrə bir çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Bu müəssisələrdəki kitabxanalar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunub, əksər uşaq evləri və internat məktəblərində kompyuter avadanlığı quraşdırılıb, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılıb.

Uşaqların hərtərəfli inkişafı üçün müvafiq şəraitin yaradılması məqsədilə müəssisələrdə mütəmadi olaraq treninqlər keçirilir. Uşaq evləri və internat məktəblərində tərbiyə alan yeniyetmələrə vətənpərvərlik hissinin aşılanması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili üçün Heydər Əliyev Fondu ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir. Birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna və himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Mehriban Əliyevaya məlumat verildi ki, məktəbdə nitq qüsuru olan 175 şagird təhsil alır və yaşayır. İnternat məktəbində yeni korpuslar tikilib, müasir avadanlıq quraşdırılıb. Şagirdlər ümumi təhsil almaqla yanaşı loqopedlər tərəfindən müalicə olunurlar. Onlara müalicəvi bədən tərbiyəsi və musiqili ritmika dərsləri keçirilir. Üçmərtəbəli tədris korpusu tamamilə yenidən qurulub, müasir sinif otaqları, kompyuter, kitabxana, yeni idman zalı, aviasiya bilikləri, rəsm otaqları, xalçaçılıq kabineti, istirahət, şahmat otaqları yaradılıb, mebel və digər lazımı avadanlıqla təmin olunub. Məktəbdə 200 nəfərlik yeni yeməkxana, həkim, inyeksiya otaqları və tibb məntəqəsi fəaliyyət göstərir. Təhsil ocağında şagirdlərin gecələməyi üçün 20 palata, hər biri 60 nəfərlik 2 televizor zalı, 120 nəfərlik akt zalı var. Bildirildi ki, məktəbdə ikimərtəbəli yeni tədris-istirahət və məişət korpusları tikilib, ərazidə müxtəlif idman ləvazimatları ilə təchiz edilən futbol, voleybol və basketbol meydançaları inşa edilib. Burada əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb. Beləliklə, yenidənqurma işlərindən sonra məktəb kompleksi 4 korpusdan, açıq tipli 3 idman meydançasından və 1 qapalı idman zalından ibarətdir.

XXX

Sentyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı "Könül" körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ilin aprelində Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlanılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir. 110 uşağın təlim-tərbiyə aldığı bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib.

Bağçada təmir işləri yüksək səviyyədə həyata keçirilib, hər iki korpusda əlavə dizayn işləri görülüb. Birinci xanıma məlumat verildi ki, korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib. Divarları uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilən otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqla təchiz edilib. Korpuslarda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılıb.

Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə ayrıca fotostend həsr olunub. Bağçanın giriş və dəhlizlərində müşahidə kameraları, bütün korpuslarda yanğından mühafizə sistemi quraşdırılıb, kommunikasiya xətləri yenilənib və yeni istilik sistemi qurulub.

Balacaların gün ərzində keyfiyyətli qidalanması üçün də bağçada zəruri menyu tərtib olunub. Uşaqların istirahəti və əylənməsi üçün 4 kölgəlik, oyun meydançaları və idman qurğuları quraşdırılıb.

Mehriban Əliyevaya məlumat verildi ki, həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança yaradılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən bağçada yaradılmış şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək.

Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Loading Bars
Xəbər lenti
Düşmən bilməlidir ki, heç bir təxribat zəfər yolumuza mane ola bilməz - Anar Eyvazov
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur (FOTO)
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib (VİDEO)
Türkiyədə general Polad Həşimov adına park açılıb (FOTO)
Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Fransa prezidenti Emmanuel Makronun erməni kökləri - Elxan Ələsgərovun araşdırması
İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat
Ombudsmanın MPQ üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə başçəkmə həyata keçirilib (FOTO)
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb (FOTO)
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir (VİDEO)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib
Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
Tanınmış alimlər Dillər Universitetinə yazırlar: Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır
Ermənistanın vəhşi əməlləri barədə susmaq cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir - XİN-in bəyanatı
Müvəkkil İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib (FOTO)
Oktyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
MDU rektoru "Əsgərə məktub" layihəsinə qoşulub (FOTO)
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Ermənistan ordusu atəşkəs razılaşmalarını pozmaqla mülki şəxslərin soyqırımına davam edir - TMMN
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
26 iaşə obyektində koronavirusla bağlı qaydalara əməl olunmadığı aşkarlandı
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat
Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edildi
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır
Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb
Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur
Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Bərdəyə hücum bəşəriyyətə qarşı cinayətdir - XİN
Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür - Anar Kərimov
Ermənistanın Azərbaycanda yaşayış məntəqələrinə hücumu bəşəriyyətə qarşı atılan addımdır - Hikmət Hacıyev
Bu gün Bərdəyə atılan raketlərin qalıqları (FOTO)
Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik - Ərdoğan
Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan barəsində təminat tədbirlərinin tətbiq olunmasını tələb edib - Fuad Ələsgərov
Düşmən Bərdə şəhərini yenidən raket hücumu edib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ermənistanın müharibə cinayətləri şiddətlə qınanmalıdır - Hikmət Hacıyev - (ƏLAVƏ OLUNUB)
Rostovu qorxu altında saxlayan Melkumyanlar - Rusiya KİV
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - MN
Dünya uşaq qatili ermənilərin əməllərinə susmamalıdır - Pərvin Kərimzadə
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Ceyhun Bayramov İran Prezidentinin xüsusi elçisi ilə görüşüb (FOTO)
Sabah arabir yağış yağacaq, külək əsəcək
İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir
Ermənistan təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə təhdiddir - Energetika naziri
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib (FOTO)
Bu gün yayılan videolardan da aydın görünür ki, Bərdədə törədilən qətliamın qisası layiqincə alınıb - Deputat (VİDEO)
Yeni Zelandiya ictimaiyyəti erməni təcavüzü barədə məlumatlandırılır (FOTO)
Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək - Mustafa Şentop
Məktəblərdə işğaldan azad olunan ərazilər haqqında bülletenlər hazırlanacaq
Azərbaycanda yaşı 100-dən çox olanların sayı açıqlandı
Polis əhaliyə müraciət edib: Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq
Edinburq şəhərində Gəncə terroru pislənib
Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Yeni Susay-Xınalıq avtomobil yolunda tikinti işləri aparılır (FOTO)
Müdafiə Nazirliyi rəsmi sosial şəbəkə hesablarını paylaşıb
Rusiyada bir gündə 346 nəfər koronavirusdan öldü
Bərdədə erməni terroru nəticəsində ölən 7 yaşlı Aysu dəfn olunub (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Paşinyan döyüş meydanında qalan hərbçilərinin meyitlərini götürməkdən qorxur - Ekspert
Bərdənin qisası alındı - Düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
ADU-nun Konfutsi İnstitutu Sumqayıtda onlayn tədbir keçirilib
Bütün xəbərlər