...

Azərbaycan və İsrail diplomatları üçün vizasız rejimin başlama tarixi açıqlandı

Siyasət Materials 23 Sentyabr 2014 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan və İsrail diplomatları üçün vizasız rejimin başlama tarixi açıqlanıb.

İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Trend-ə müsahibəsində bildirib ki, bu il dekabrın 12-dən etibarən diplomatik və xidməti pasportlara sahib olan hər bir Azərbaycan və İsrail diplomatı vizasız səyahət edə biləcək.

R.Harpaz qeyd edib: "Bu bizim üçün çox vacib bir sazişdir. Çox şadıq ki, bu proses başa çatdı. Sözügedən sazişin üzərində çox işləmişik. Bu sazişi şəxsən mən imzaladım və sevinirəm ki, artıq bu prosesi başa çatdırdıq".

Səfir sözügedən sazişi hələlik ilk addım kimi qiymətləndirib: "Ümumiyyətlə, hər bir azərbaycanlının İsrailə viza əldə etməsi üçün heç bir problem yoxdur".

Onun sözlərinə görə, turistlərin sayı artmaqdadır. Səfir qeyd edib ki, "Azərbaycan Hava Yolları" QSC-nin həyata keçirdiyi uçuşlarda sərnişin azlığı yaşanmır: "Biz buna çox sevinirik".

Qeyd edək ki, ötən ilin dekabr ayında Azərbaycan və İsrail arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün viza rejiminin sadələşdirilməsi ilə bağlı saziş imzalanıb. Sözügedən saziş artıq Azərbaycan və İsrail tərəfindən ratifikasiya olunub. Saziş hər iki ölkənin diplomatik və xidməti pasportlara sahib olan şəxslərinin həm Azərbaycana, həm də İsrailə vizasız səyahət etməsini nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti