Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Həştərxanda görüşü olub.
Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasibətlərinin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğu vurğulanıb. Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.