...

Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı üçün geniş potensial var

Siyasət Materials 13 Oktyabr 2014 18:18 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı üçün geniş potensial var

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü, partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov Azərbaycanla Vyetnam arasında tarixi əlaqələrin olduğunu bildirərək, ikitərəfli münasibətlərin dinamik surətdə inkişaf etməsinin məmnunluq doğurduğunu qeyd edib. Hələ SSRİ vaxtında ümummilli lider Heydər Əliyevin Vyetnama səfər etdiyini bildirən nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama son səfərinin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb.

L.H.Anh Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnama səfərinin Azərbaycan-Vyetnam münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına əsaslı töhfə verdiyini deyərək, iki ölkə arasında münasibətlərin inkişafı üçün geniş potensialın olduğunu söyləyib. Müxtəlif sahələrdə nümayəndə heyətlərinin mübadiləsinin, o cümlədən müqavilə-hüquq bazasının genişləndirilməsinin münasibətlərin inkişafındakı əhəmiyyətini vurğulayan L.H.Anh bir sıra sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin uğurla əməkdaşlıq etdiyini deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesinin cari durumu haqqında məlumat verən E.Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti