...

Əhməd Davudoğlu Ali Məhkəmənin Baş Qərargah rəisini dindirmək tələbini ləğv etdi

Siyasət Materials 15 Oktyabr 2014 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ali Məhkəmənin Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nejdət Özəlin dindirilməsi haqqında tələbini ləğv edib.

Trend-in "Kanal7" telekanalına istinadən verdiyi məlumata görə, Ali Məhkəmə N.Özəlin dindirilməsinə icazə almaq üçün sentyabrın 12-də hökumətə müraciət etmişdi.

Məlumata görə, müraciət N.Özəlin səlahiyyətlərini aşma və məhkəmə prosesinə müdaxilə etməkdə günahlandırılması ilə bağlı olub. Baş Qərargah rəisinin konkret nədə təqsirləndirildiyi barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti