...

Bələdiyyələrə seçkilər zamanı namizədlərə kömək etmək qadağan olunur

Siyasət Materials 5 Fevral 2015 13:50 (UTC +04:00)
Bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir.
Bələdiyyələrə seçkilər zamanı namizədlərə kömək etmək qadağan olunur

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir Elçin Mehdiyev/

Bələdiyyə qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər bələdiyyə qulluqçularını ictimai və ya siyasi birliklərin, yaxud dini təşkilatların fəaliyyətində iştiraka təhrik etməməlidir. Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılan "Bələdiyyə qulluqçularının etik davranışı qaydaları haqqında" qanun layihəsinin 16-cı maddəsində qeyd olunur.

Qanun layihəsində bildirilir ki, bələdiyyə qulluqçusuna bələdiyyə orqanlarında ictimai və ya siyasi birliklərin (həmkarlar ittifaqları istisna olmaqla), yaxud dini təşkilatların struktur bölmələrini yaratmaq və ya həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək qadağandır.

Bundan başqa, bələdiyyə qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və ya səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi partiyaların bloklarının xeyrinə istifadə etmək qadağan olunur.

Qanun layihəsində vurğulanır ki, bələdiyyə qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai şübhə doğurmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti