...

Rauf Əliyev: Bu gün Avropaya Azərbaycan qazı lazımdır

Siyasət Materials 13 Fevral 2015 18:18 (UTC +04:00)
"Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var.
Rauf Əliyev: Bu gün Avropaya Azərbaycan qazı lazımdır

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Cənub Qaz Dəhlizi" layihəsinin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bu layihə Azərbaycan qazının Avropaya çıxmasını təmin edəcək və bu gün Avropaya da Azərbaycan qazı lazımdır. Bu barədə Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, bu layhənin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyev düzgün enerji siyasəti yürütməsinin nəticəsidir.

Millət vəkili əlavə edib ki, Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən enerji nazirlərinin və vəzifəli şəxslərin iştirak etməsi bu layihəyə olan böyük marağın gösrəicisidir: "Dünyada müxtəlif proseslər gedir, neftin qiyməti düşür. Belə bir məqamda bu yeni qaz layihəsi bir daha göstərəcək ki, doğrudan da Azərbaycan qüdrətli bir ölkədir. Biz inana bilərdikmi ki, nə vaxtsa Avropa üçün enerji layihələri həyata keçirəcək və burada dominant bir ölkə olacağıq? Ancaq qısa zaman kəsiyi ərzində Azərbaycan böyük bir yol qət etdi və bu səviyyəyə gəlib çıxdı".

R.Əliyevin sözlərinə görə, bu layihəyə bir qədər mane olmaq istəyənlər də var: "Lakin hesab edirəm ki, ümumiyyətlə bu layihəyə heç nə mane ola bilməz. Bu layihənin reallaşmasını Avropa özü də istəyir, çünki bu gün Ukraynada baş verən münaqişə Avropaya qazın çatdırılmasında problemlər yaradıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti