...

Vitali Smirnov Azərbaycanın "Dostluq" ordeni ilə təltif edildi

Siyasət Materials 14 Fevral 2015 16:54 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Vitali Smirnovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Vitali Smirnov Azərbaycanın "Dostluq" ordeni ilə təltif edildi

Azərbaycan, Bakı, 14 fevral /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Vitali Smirnovun "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Olimpiya hərəkatının inkişafında və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman əlaqələrinin genişləndirilməsində xidmətlərinə görə Vitali Georgiyeviç Smirnov "Dostluq" ordeni ilə təltif edilsin.

Rusiya Oilmpiya Komitəsinin fəxri prezidenti V.Smirnov, eyni zamanda, Beynəlxalq Olimpiya Komitəsinin və Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti