...

Viktoriya Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin üzvləri ilə müzakirələr aparıb

Siyasət Materials 17 Fevral 2015 15:32 (UTC +04:00)
ABŞ Azərbaycanla demokratiya, insan haqları, regional təhlükəsizlik, internet təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığa hazırdır.
Viktoriya Nuland Azərbaycanda vətəndaş cəmiyyətinin üzvləri ilə müzakirələr aparıb

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

ABŞ Azərbaycanla demokratiya, insan haqları, regional təhlükəsizlik, internet təhlükəsizliyi və s. sahələrdə əməkdaşlığa hazırdır.

Tanınmış jurnalist Elçin Şıxlının Trend-ə bildirdiyinə görə, bunu çərşənbə axşamı Bakıda vətəndaş cəmiyyətinin üzvləri ilə keçirilən görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi xanım Viktoriya Nuland bildirib.

E.Şıxlının sözlərinə görə, çox az müddətdə davam edən görüşdə V.Nuland ABŞ-ın Azərbaycan hökuməti ilə bir sıra istiqamətlərdə işləməyə hazır olduqlarını deyib: "Viktoriya Nulandla görüşümüz çox uzun çəkmədi. Cəmi 15-20 dəqiqə ərzində müzakirələr apardıq. Xanım Nuland görüşdə Azərbaycana olan maraqlarından danışdı. O, qeyd etdi ki, onlar Azərbaycanla demokratiya, insan haqları, regional təhlükəsizlik, internet təhlükəsizliyi sahələrində əməkdaşlığa hazırdırlar. Bildirdi ki, Azərbaycan hökuməti ilə bu istiqamətdə işləməyə hazırdırlar və bununla bağlı iş gedir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti