...

Azərbaycan və Türkiyə qırıcıları səmanı fəth edirlər (ƏLAVƏ OLUNUB) (FOTO)

Siyasət Materials 3 Mart 2015 16:44 (UTC +04:00)
Hərbi təlimlərin bu gündən başlayaraq aprelin 2-dək davam edəcəyi bildirilir.
Azərbaycan və Türkiyə qırıcıları səmanı fəth edirlər (ƏLAVƏ OLUNUB) (FOTO)

Azərbaycan Müdafiə Nazirliyinin məlumatı əlavə olunub (ilk xəbər saat 15:37-də yayılıb)

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbirlər Rufiz Hafizoğlu, İlkin İzzət/

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 6 qırıcı və 106 nəfərlik şəxsi heyət Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konyada "TurAz Şahini-2015" adlı təlimlərdə iştirak edəcəklər.

Trend-in Türkiyənin "Radikal" qəzetinə istinadən verdiyi məlumata görə, hərbi hava təlimlərində MiQ-29 və F-16 qırıcı təyyarələri iştirak edəcək.

Hərbi təlimlərin bu gündən başlayaraq aprelin 2-dək davam edəcəyi bildirilir.

X X X

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən "TurAz Şahini-2015" təlimləri başlayıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd MiQ-29 qırıcı, 3 ədəd Su-25 hücum və İl-76 hərbi-nəqliyyat təyyarəsi müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib.

Eyni zamanda, "İŞIK-2015" beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak etmək məqsədilə Azərbaycan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 döyüş-nəqliyyat helikopteri də təlim keçiriləcək Konyadakı aviabazaya yollanıb.

Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, bir sıra ölkələrin Hərbi Hava Qüvvələrinin vasitələri müştərək fəaliyyətlərin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən axtarış-xilasetmə və digər tapşırıqları yerinə yetirəcəklər.

Təlimlər aprelin 13-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti