Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İlkin İzzət/
Azərbaycanın və Türkiyənin müdafiə nazirləri görüşüblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 2-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz arasında Tbilisidə ikitərəfli formatda görüş keçirilib.
Nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün faydalı olduğu qeyd olunub.
Sonra regional və qarşılıqlı əməkdaşlığa dair digər məsələlər barədə fikir mübadiləsi aparılıb.