Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Elçin Mehdiyev/
"Beynəlxalq miqyaslı liderlər gərginlik yaradacaq şərhlərdən çəkinməlidirlər".
Trend-in məlumatına görə, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov Roma Papası Fransiskin qondarma "erməni soyqırımı"na dair mövqeyinə münasibət bildirərkən deyib.
O, hesab edir ki, keçmiş Osmanlı İmperiyası ərazisində baş vermiş 1915-ci hadisələri tarixçilərin tədqiqat mövzusudur: "Bu səbəbdən də belə məsələlər siyasi təzyiq vasitəsinə çevrilməməlidir. Siyasi məsələlərə hər bir siyasətçinin müxtəlif baxışları ola bilər. Ancaq belə məsələləri tarixçilər tədqiq etməlidir".