...

"Azərbaycan-İsrail münasibətləri qarşılıqlı hörmətə əsaslanıb"

Siyasət Materials 22 Aprel 2015 19:03 (UTC +04:00)
Azərbaycan və İsrail arasında əlaqələr güclü, ciddidir və qarşılıqlı hörmətə əsaslanıb
"Azərbaycan-İsrail münasibətləri qarşılıqlı hörmətə əsaslanıb"

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Anaxanım Hidayətova/

Azərbaycan və İsrail arasında əlaqələr güclü, ciddidir və qarşılıqlı hörmətə əsaslanıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz bu ölkənin milli bayramı - müstəqilliyinin 67-ci öldünümünə həsr edilmiş tədbirdə deyib.

Onun sözlərinə görə, iki ölkə arasında dərin iqtisadi və siyasi əməkdaşlıq mövcuddur: "Əlaqələr ən yüksək səviyyədədir. Biz energetika sahəsində sıx əməkdaşlıq edirik və bu əlaqələri genişləndirmək istəyirik. Tərəflər, həmçinin telekommunikasiya, elm, turizm, tibb və su texnologiyaları, kənd təsərrüfatı sahələrində əməkdaşlığı inkişaf etdirirlər".

Səfir qeyd edib ki, İsrail Bakıda keçiriləcək I Avropa Oyunlarında geniş tərkibdə iştirak edəcək.

R.Harpaz əlavə edib ki, İsrailin yeni hökuməti iki həftədən sonra formalaşdırılacaq, bundan sonra isə ən yüksək səviyyədə səfərlər mümkündür.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, səfir bildirib ki, İsrailin bu məsələ üzrə mövqeyi aydındır: "Bizim ölkəmiz də münaqişə zonasındadır. Əminik ki, münaqişə sülh yolu ilə həll olunacaq. Biz ATƏT-in Minsk qrupunun münaqişənin həllində göstərdiyi səyləri, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti